“20 Yanvar tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub”
Tarix: 18.01.2018 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Mərasimdən öncə iştirakçılar 20 Yanvar faciəsi ilə bağlı kitablardan ibarət sərgi ilə tanış olublar. Anım mərasimində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, 20 Yanvar faciəsindən 28 il keçir. Qədirbilən xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Çünki onlar Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsində böyük rol oynayıblar. Rektor qeyd edib ki, bizim əksəriyyətimiz 20 Yanvar hadisələrinin canlı şahidləriyik. 20 Yanvar xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı il yanvarın 22-də xalqımız mərdliklə şəhidlərini dəfn etdi. Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev bu faciəyə görə öz haqq səsini ucaltdı. Xalqımız informasiya blokadasının yarılması üçün mübarizə apardı. Beləliklə, Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Bu faciəyə siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyevin Azərbaycanda xalqın inadlı tələbi ilə yenidən respublika rəhbərliyinə qayıtmasından sonra verildi. Böyük dövlət və siyasi xadim Heydər Əliyevin qeyd etdiyi kimi, “Azadlığı əldə etmək nə qədər çətindirsə, onu qorumaq da bir o qədər çətindir”. Azadlıq böyük nemətdir. Biz bu neməti göz-bəbəyimiz kimi qorumalı, müstəqil dövlətimizi daha da gücləndirmək üçün əzmlə, vicdanla çalışmalıyıq. Bu, bizim bütün şəhidlərimiz qarşısında müqəddəs mənəvi borcumuzdur. Müasir dünyamızda mürəkkəb beynəlxalq siyasi vəziyyət mövcuddur. Prezident İlham Əliyev müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdür. Azərbaycanın güclü iqtisadiyyatı, güclü ordusu var. Biz ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə dəstək verməli, öz sahəmizdə layiqincə fəaliyyət göstərməliyik.
Tədbirdə Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlığın tədrisi metodikası kafedrasının baş müəllimi, ehtiyatda olan kapitan Natiq Əliyev məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, ADPU-nun müəllim və tələbələri ümumxalq hərəkatında fəal iştirak ediblər. Eyni zamanda universitetin məzunları və tələbələri Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak ediblər. ADPU-nun 18 şəhidi var. Onlardan 2-si “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1 nəfəri isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. 20 Yanvar elə bir tarixdir ki, illər, əsrlər ötsə də, bu gün heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcəkdir. Xalqımıza qarşı bu bəşəri cinayəti törədənlər isə həmişə lənətlənəcəklər.
Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil çıxış edərək şahidi olduqları hadisələr barədə məlumat verərək 20 Yanvarı xalqımızın faciə və qəhrəmanlıq günü kimi səciyyələndiriblər.
Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info