Səbaildə ərazi nümayəndəliyi hesabat verib
Tarix: 18.01.2018 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


20-ci yaşayış sahəsindəki 162 №-li orta məktəbdə Səbail rayonu Bayıl-20-ci yaşayış sahəsini əhatə edən Səbail RİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib. Bu ərazidə yerləşən idarə və təşkilatların, təhsil, səhiyyə və digər müəssisələrin, təsərrüfat xidmətlərinin, yerli bələdiyyənin nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən toplantıda 2017-ci il ərzində bu ərazidə həyata keçirilən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.
Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüfər Əhmədzadə bildirib ki, 51.000 nəfər əhali yaşayan və 6510 nəfər məcburi köçkün məskunlaşmış ərazidə ötən il SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışı olub, iyul ayında Yeni Salyan yolu küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün yeni yaşayış binası istifadəyə verilib və ölkə başçısı İlham Əliyev tərəfindən burada 3-cü binanın təməli qoyulub.
Sentyabrın 11-də ölkə başçısının tapşırığına əsasən Səbail RİH tərəfindən 20-ci yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binasında aparılan təmir-yenidənqurma işləri başa çatdırılıb və Prezident məktəbdə yaradılan şəraitlə tanış olub, oktyabrın 28-də isə ölkə başçısı Səbail rayonu 20-ci yaşayış sahəsində Səbail RİH tərəfindən istifadəyə verilmiş yeni idman və istirahət parkının açılışında iştirak edib. Hazırda ərazidə Səbail Rayon Prokurorluğunun yeni inzibati binasının tikintisi davam edir.
Ötən il sakinlərin müraciətləri nəzərə alınaraq kəskin qəzalı vəziyyətdə olan I Buxta döngəsi 39 ünvanındakı yaşayış binası ilə bağlı RİH tərəfindən müvafiq dövlət qurumlarına müraciətlər olunub və həmin binada yaşayan 13 ailənin dövlət vəsaiti hesabına kompensasiya ödənilməsi yolu ilə köçürülməsi təmin olunub.
Bayıl-20-ci yaşayış sahəsində tam yenidənqurmaya ehtiyacı olan binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı 8 müasir layihə işlənib təsdiq olunub və artıq Neftçi Qurban və Xanlar küçələrində 3 ünvanda tikinti işləri sürətlə davam edir.
Ötən il RİH tərəfindən 157 saylı uşaq bağçasının sökülərək müasir layihə əsasında yeni uşaq bağçasının inşasına başlanıb və burada işlər başa çatmaq üzrədir.
Hesabat dövründə Əlibəyovlar küçəsi 46-dan 66 ünvanına kimi əraziyə, Litvin Babayev küçəsi 120 ünvanında həyətə, Gülbala Əliyev və Arif İsmayılov küçələrinin bir hissəsinə asfalt salınıb.
Ərazidə qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilərin aparılmasına son qoyulması, onlara rəvac verənlərin ifşa olunması məqsədi ilə RİH-nin hüquq-mühafızə orqanları ilə apardığı birgə qəti tədbirlər nəticəsində aparılan qanunsuz tikinti halları demək olar ki, tam şəkildə dayandırılmış, əraziyə nəzarət gücləndirilib, torpaq alveri və qanunsuz tikintilərə rəvac verənlərlə bağlı sənədlər RİH tərəfindən Bakı Şəhər Prokurorluğuna göndərilib.
Hesabat və çıxışlardan sonra sakinlərin müraciətləri, istək və təklifləri dinlənilib. Ərazinin gələcək inkişafı, yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, qanunsuz tikintilərə qarşı mübarizə, su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, ərazinin sanitar təmizliyi və 20-ci sahənin qaz təchizatında yaranmış problemlər barədə müraciətlər dinlənilib, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənib.
Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib, qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək. Bidirilib ki, RİH tərəfindən rayonun yaşayış məntəqələrində məhəllələr abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcək.
Yığıncaqlarda mövcud problemlərdən danışılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info