20 Yanvar şəhidləri Belarusda anılıb
Tarix: 18.01.2018 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Belarusda yaşayan soydaşlarımızın və azərbaycanlı tələbələrin iştirakı ilə Azərbaycannın Belarusdakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib. Səfirlikdən verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Məclisinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə də iştirak edirdi. Azərbaycanın Dövlət himni səsləndikdən sonra mərasim iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bildirib ki, 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə baş vermiş hadisələr Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Səfir 20 Yanvar hadisələrini Azərbaycan xalqının qarşılaşdığı siyasi haqsızlıqlara qarşı yaranmış milli azadlıq hərəkatının qan içində susdurulması kimi qiymətləndirib.
Bildirilib ki, baş verən hadisələrə bu günün yüksəkliyindən baxanda milli dövlətçiliyimizin olmamağı hadisələrin əsas səbəbi olub. Milli varlığın yeganə təminatçısı müstəqil dövlətin olmasıdır. Məhz buna görə də bütün varlığımızla müstəqil dövlətimizi qorumağımız və Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında birləşməyimiz günün əsas tələbidir. Hər bir dövlətin varlığı sabitlikdən, iqtidar-xalq vəhdətindən və Vətənə məhəbbətdən keçir. Bu səbəbdən də bu məsələyə maneə olan hər bir şeyə qarşı son dərəcədə sərt və ciddi vətəndaşlıq iradəmizin ortaya qoyulması və milli birliyimizin nümayiş etdirilməsi vacibdir. O dövrdə Azərbaycana rəhbərlik edən Ə.Vəzirov kimi şəxslər isə milli manqurtluğun və xəyanətin rəmzi kimi qiymətləndirilməlidir.
Səfir bildirib ki, hadisələr baş verən vaxt Moskvada yaşayan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükədə qoyaraq, faciənin səhəri günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib və dünya xalqımızın fəryadını Ulu öndər Heydər Əliyevin səsi ilə eşidib.
Səfir son olaraq bildirib ki, tarix bizə heç də hər zaman mərhəmətli olmayıb. Unutqanlığımızla isə biz hər şeyi itirə bilərik. Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasında canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq.
Sonra tədbirdə iştirak edən Milli Məclisin deputatı Ziyad Səmədzadə çıxış edərək, 20 yanvar hadisələrinin canlı şahidi kimi baş vermiş faciə ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Z.Səmədzadə baş verən faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin SSRİ hakimiyyətindən uzaqlaşdırılması ilə qoyulduğunu bildirərək, 20 Yanvar faciəsinin təşkilatçıları torpaqlarımıza yiyələnmək və ümumiyyətlə Azərbaycan xalqını tarixdən silmək vəzifəsini qarşıya qoyduqlarını söyləyib.
Baş verən hadisələr isə dövlətçiliyimizin bərpa edilməsi və Heydər Əliyev şəxsiyyətinin hakimiyyətə gətirilməsini tarixi zərurət kimi ortaya qoyub. O, bildirib ki, şəhidlərimizin qanı bahasına əldə etdiyimiz müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək üçün Azərbaycan Prezidenti İlham Əliyev uğurlu siyasət həyata keçirir və aparılan məqsədyönlü siyasət nəticəsində müasir Azərbaycan dünyanın sayılan dövlətlərindən birinə çevrilib.
Daha sonra tədbir iştirakçılarından Baxşı Qənbərov və Gülnarə İmanova çıxış edərək 20 Yanvar faciəsinin dərslərindən ibrət götürülməsinin vacibliyini bildiriblər.
Sonda tədbir iştirakçıları 20 yanvar faciəsinə ilə bağlı filmə baxıb və səfirliyin foyesində faciəni əks etdirən fotosərgi ilə tanış olublar.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info