“Bəzi MDB ölkələri Avrasiya İttifaqında müşahidəçi ola bilər“
Tarix: 18.01.2018 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


"Bir sıra MDB ölkələri Avrasiya İqtisadi İttifaqında müşahidəçi ola bilərlər".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir PutinAvrasiya İqtisadi İttifaqında sədrliyin Rusiya Federasiyasına keçməsi ilə əlaqədar quruma üzv ölkələrin dövlət başçılarına müraciətində deyib.
 
"Avrasiya İqtisadi İttifaqı ilə Müstəqil Dövlətlər Birliyinin daha dərin əlaqələndirilməsi imkanlarının öyrənilməsini məqsədəuyğun hesab edirik. MDB-nin bəzi iştirakçı ölkələri Avrasiya iqtisadi Birliyində müşahidəçi ola bilərlər", - deyə Rusiya prezidenti vurğulayıb.

V. Putin müraciətində Avrasiya İttifaqına üzv ölkələrin regionlararası və sərhədyanı əməkdaşlığının gələcəkdə dərinləşməsinə önəm verdiklərini qeyd edib: "Bununla biz inteqrasiya prosesinə əlavə impuls verəcəyik, üzv ölkələrin regionlar səviyyəsində daha sıx əməkdaşlığını təmin etmiş olacağıq".
 
Rusiya prezidenti Avrasiya İqtisadi İttifaqının inkişafının təmin olunmasının əsas əhəmiyyətinin digər dövlətlər və inteqrasiya birlikləri ilə sıx əməkdaşlıqdan ibarət olduğunu söyləyib: "2016-cı ildən Vyetnamla azad ticarət zonası uğurlu fəaliyyət göstərir. Hazırda Misir, İsrail, İran, Hindistan, Serbiya və Sinqapurla azad ticarət zonasının yaradılması ilə bağlı aparılan danışıqların müsbət nəticələnəcəyinə ümid edirik. Avrasiya İttifaqı ilə Çin arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq haqında imzalanan sazişin böyük perspektivlərini görürük".




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info