DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib
Tarix: 18.01.2018 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


 
Yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması tərəfindən Cocuq Mərcanlı kənd məktəbində “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə,Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Mehdixan Zeynalov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanlar Zeynalov, “Əmək” ordenli kənd sakini Oqtay Həziyev, kənd məktəbinin direktoru Zamin Həziyev, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri Elman Piriyev, müəllimlər və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri Elman Piriyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib və bu, işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. E. Piriyev onu da vurğulayıb ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən təhlükəsizliyi tam təmin edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi dövlət başçımızın diqqət və qayğısı nəticəsində qısa müddət bərpa olunub və kənd ərazisində abadlıq-quruculuq işləri həyata keçirilib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə dövlətimizin gənclərə göstərdiyi qayğını xüsusi vurğulayaraq bildirib ki, gənclərin problemlərinin həlli hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. 2016-cı il aprel döyüşlərindən də danışan C. Əlfizadə vurğulayıb ki, aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir
Daha sonra Cocuq Mərcanlı kənd sakini, “Əmək” ordenli Oqtay Həziyev, şəhid atası Şəmil Həsənov, kənd ağsaqqalı Avçı Məmmədov, məktəbin müəllimi İsmət Həziyev, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov və başqaları çıxış ediblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info