CNN-in jurnalisti zaldan qovuldu, ATƏT-in media ofisi isə hələ də susur...
Tarix: 18.01.2018 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Bu hadisə başqa bir ölkədə baş versəydi, ittiham bəyanatlarının ardı-arası kəsilməyəcəkdi

ABŞ prezidenti Donald Tramp növbəti dəfə qalmaqallı davranışı ilə gündəmə gəlib. Belə ki, Donald Tramp Qazaxıstan lideri Nursultan Nazarbayevlə birgə keçirdiyi mətbuat konfransında jurnalistə qarşı sərt davranışı ilə diqqət çəkib. Donald Tramp ona “ABŞ-a daha çox Norveç vətəndaşlarının gəlməsini istəməyiniz doğrudurmu?” kimi sadə və özündə heç bir aqressiyanı daşımayan sualı verən CNN televiziyasının müxbiri Cim Akostanı Oval saraydan qovub.
ABŞ prezidenti jurnalistə barmağı ilə işarə edərək “Buranı tərk et” deyib. Trampın bu hərəkəti sosial mediada da ciddi tənqid olunub.
Bu olayda diqqətimizi çəkən ABŞ prezidentinin sərt davranışı- jurnalisti zaldan qovması olmadı. Donald Tramp zatən oxşar hadisələrlə dəfələrlə gündəmə gəlməyi bacarıb, o bir neçə dəfə jurnalisti qovub. Belə ki, ötən il Donald Tramp Obamanın onun telefonlarını dinləməsi ilə bağlı “CBS” telekanalının jurnalisti Con Dikersonun israrlı suallarına etiraz etmişdi. Jurnalistin israrla sual verməsi onu özündən çıxarmışdı və o, “Bu qədər kifayətdir” deyərək müxbiri otaqdan qovmuşdu.

Əli Həsənov: “İnkişaf etmiş Avropa ölkələrində jurnalistlərə qarşı dözülməz hallar baş verir, onların fəaliyyəti məhdudlaşdırılır, həbs olunur, insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun qarşısı ən sərt metodlarla alınır. Amma təəssüf ki, belə hallar həm beynəlxalq jurnalist təşkilatlarının, həm də ATƏT-in diqqətini cəlb etmir”


Digər misal isə Trampın hələ prezidentliyə namizəd olan zaman yaratdığı qalmaqal ola bilər. O zaman da Donald Trump jurnalisti konfrans zalından qovmuşdu. Hadisəyə səbəb jurnalistin Trampa miqrantlarla bağlı sual ünvanlaması idi. Xorxe Ramos adlı jurnalist ABŞ-da ispan dilində yayımlanan ən böyük televiziya müxbiri idi, o Meksika əsilli miqrant olub.
Bütün bu olaylarda diqqətimizi çəkən o oldu ki, insan hüquqları təşkilaları, əsasən də jurnalistlərlə bağlı olan beynəlxalq təşkilatlar özünü demokratiyanın beşiyi adlandıran ABŞ-da yaşanan bu arzuolunmaz olaya sərt reaksiyalar vermirlər. Niyə? Səbəb? Postsovet ölkələrində, eləcə də Azərbaycanda bir jurnalistə qarşı adi məmur bu cür sərt reaksiya verərək onu qovsa, bu insan haqq və hüquqlarının tapdalanması, demokratiyanın boğulması, mediya basqı və s. kimi sərt formada dəyərləndirilərdi...
Hətta ən son belə qərəzli yanaşmaya dair misalı da çəkə bilərik. Belə ki, bu günlərdə ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində bəzi qərəzli fikirlər səsləndirmişdi. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Harlem Dezirin fikirlərinə münasibət də bildirmişdi.O, təəssüflə qeyd etmişdi ki, bir sıra xarici dairələr və onların nəzarətində olan beynəlxalq QHT və KİV-lərin Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti ilə bağlı qərəzli və subyektiv iddiaları ATƏT kimi mötəbər beynəlxalq qurumun rəsmi nümayəndələri tərəfindən də heç bir araşdırma aparılmadan təkrarlanır: "Bu, Azərbaycan dövləti və cəmiyyəti üçün prinsipial məsələdir. İnkişaf etmiş Avropa ölkələrində jurnalistlərə qarşı dözülməz hallar baş verir, onların fəaliyyəti məhdudlaşdırılır, həbs olunur, insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun qarşısı ən sərt metodlarla alınır. Amma təəssüf ki, belə hallar həm beynəlxalq jurnalist təşkilatlarının, həm də ATƏT-in diqqətini cəlb etmir”.
İndiki halda isə, CNN kimi dünyaca məşhur bir telekanalın müxbirini qovmaq, bu cür mediaya təpki göstərmək gözardına anılır. Oxşar hal digər ölkələrdə-Rusiya, Türkiyə, Belarusiya və b. yerlərdə baş versəydi yəqin ki, bununla bağlı sərt bəyanatların ardı- arası kəsilməzdi, az qala bunu demokratik dəyərlərin ayaq altına atılması kimi də dəyərələndirərdilər. Xülasə, bu gün Qərbdə bəzi dairələr, beynəlxalq təşkilatlar və onların himayəsində olan şəxslərin ikili standartları təkcə Dağlıq Qarabağ məsələsində deyil, demokratik dəyərlərlə bağlı məsələlər də də göz önündədir. Artıq “bizə olar, sizə yox” prinsipi siyasətdə adi hal alıb. Təəsüf!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib
06.11.2018
İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb
01.11.2018
Ermənistanda keçiriləcək seçkilər siyasi böhrana son qoymayacaq
26.10.2018
Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info