Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinin ildönümü anılıb
Tarix: 18.01.2018 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən Bakıda törədilmiş qanlı hadisələrin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli bildirib ki, 20 Yanvar xalqımızın qan yaddaşıdır və hər il şəhidlərimizi anmaq bizim borcumuzdur. Həmin hadisələrə ilk siyasi qiymətin Ulu Öndərimiz Heydər Əliyevin faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatı ilə verildiyi diqqətə çatdırılıb. Xalqımıza qarşı törədilən bu qanlı hadisəyə ilk dəfə hüquqi qiymət də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə verildiyi akademik İsa Həbibbəyli tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hər il ənənəvi şəkildə hadisələrlə bağlı məruzə dinlənilir. Ənənəyə uyğun olaraq filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı “20 Yanvar hadisələri və Azərbaycan ədəbiyyatı” adlı məruzə ilə çıxış edib. Məruzədə 20 Yanvar hadisələrinin Azərbaycan ədəbiyyatında əksi məsələləri ətraflı şərh edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib
20.09.2019
DİN-in idarə rəisi təqaüdə göndərildi
20.09.2019
“Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info