Erməni deputat: “Ermənistanda hökumət ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil”
Tarix: 18.01.2018 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


Ermənistanda hökm sürən ağır iqtisadi vəziyyət hər keçən gün narazılıqları artırır. Hökumət mövcud problemləri aradan qaldırmaq iqtidarında deyil. Çünki ölkənin buna maddi gücü yoxdur. Bu səbəbdən də yanvarın 19-da İrəvanda hakim rejimin səriştəsizliyinə qarşı ümumxalq itaətsizliyi yürüşü planlaşdırılır.
“Yelk” partiyasının rəhbəri, deputat Nikol Paşinyan parlamentin iclasında əhali ayağa qalxacağı təqdirdə heç bir qüvvənin bunun qarşısını ala bilməyəcəyini söyləyib. O deyib ki, ölkədə sosial-iqtisadi vəziyyət olduqca ağırdır. Bu da vətəndaşların səbir kasasını doldurub. Hər kəs yaxşı yaşamaq arzusundadır. İllər keçir, amma ölkədə heç nə dəyişmir.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov bildirib ki, Ermənistandakı narazılıqlar Serj Sarkisyan hökumətinə münasibətin göstəricisidir. Artıq ölkədə qanlı mart hadisələrinin təkrarlanmasına zəmin yaranıb. Ermənistanda iqtisadi vəziyyət yaxşı deyil. Bu da aksiya keçirənlərin əsas narazı olduğu məqamlardandır. Gözlənilən etirazlar çevrilişlə də nəticələnə bilər. Ona görə də hakimiyyət silahlı qüvvələri insanların qarşısına çıxaracaq.
Politoloq Oleq Kusbnetsov qeyd edib ki, narazılıqların kökündə indiki siyasi rejimə qarşı yönələn aqressiya dayanır. Ermənistanın hazırkı iqtisadi vəziyyətini nəzərə alsaq, heç bir siyasi rejim bu vəziyyətdə özünü doğrulda bilməz. Ölkə siyasi rejim dəyişsə belə problemləri həll etmək iqtidarında deyil. Çünki hakimiyyətdə bir millətçi qrup digərini əvəz edəcək. Belə olan halda isə yaxşıya doğru heç nə gözləməyə dəyməz.
Ermənistan mətbuatı isə hərbi-siyasi repressiyaların güclənəcəyini yazır. Bu isə işğalçı ölkədə ilk hal deyil. Ermənistan hakimiyyəti narazı vətəndaşlarını silah gücünə susdurmağa artıq adət edib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib
23.05.2019
Ermənilərin 45 faizi işsizliyi əsas problem hesab edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info