Dünyanın ən böyük üçüncü ixrac sektoru turizmdir
Tarix: 19.01.2018 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


BMT-nin Dünya Turizm Təşkilatı:
“2017-ci ildə 7 faiz artımla 1 milyard 322 milyona çatan turist sayındakı yüksəliş 2018-ci ildə də davam edəcək”

UNWTO 2017-ci ilin nəticələri ilə əlaqədar hesabat ya yıb. 2017-ci ildə bir gecə və daha uzun səfər edən turist sayının 2016-cı ilə nisbətən 7 faiz nisbətində artaraq 1 milyard 322 milyon nəfərə çatdığı bildirilən hesabatda qeyd edilir ki, bu inkişaf meyli 2018-ci ildə də davam edəcək.
Avropa bölgəsinin Aralıq dənizindəki destinasyonların artması ilə rekord bir inkişaf əldə etdiyi göstərilən hesabatda qeyd edilir ki, Afrikada 8 faiz, Asiya-Sakit Okean bölgəsində 6 faiz, Orta Şərqdə 5 faiz və Amerikada 3 faiz artım qeydə alınıb.
BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirib ki, qlobal iqtisadiyyatın açar sektorlarından biri olan turizm böyüməyə davam edir: “Dünyanın üçüncü ən böyük ixrac sektoru olan turizm, yeni iş yerləri və xalqın rifahı üçün son dərəcə önəmlidir. İnkişafa davam etmək üçün biz daha da yaxın və birlikdə çalışmaq, sektorun faydalarından hər bir cəmiyyətin faydalanmasını təmin etməliyik".

Qlobal turizm bu il 4-5 faiz böyüyəcək

DTT hesabatına görə, qlobal turizm sektorunda 2018-ci ildə 4-5 faiz artım qeydə alınacaq. Bu proqnozun DTT-nin 2010-2020-ci illər üçün nəzərdə tutduğu 3,8 faizlik artım təxmini ilə üst-üstə düşdüyü bildirilən hesabatda, təşkilatın 2030-cu il proqnozuna görə Avropa və Amerikada 3,5-4,5 faiz, Sakit Okean zonasında 5-6 faiz, Afrikada 5-7 faiz, Yaxın Şərqdə 4-6 faiz artım gözlənilir.
2017-ci ildə Avropaya gedən turistlərin sayı 671 milyona çatıb. Sakit Okean bölgəsini 324 milyon, Amerikanı 207 milyon, Afrikanı 62 milyon, Yaxın Şərqi isə 58 milyon turist ziyarət edib.
Qeyd edək ki, Fransa dünyada ən çox turist cəlb edən ölkə kimi mövqeyini qoruduğu halda, İspaniya ikinci, ABŞ üçüncü sıradadır. Kataloniya böhranı ilə bağlı bəzi turistlərin bu ölkədən imtina etməsinə baxmayaraq, İspaniyaya 2017-ci ildə 82 milyon turist gedib ki, bu da 9 faizlik artımdır.

Turizm sənayesini yenidən quran nəsil
Turizm sektoru gələcəyə hazırlaşarkən, dəyişən həyat şəraitini də nəzərə almalıdır. Çünki yeni tətil müştərisi olan gənc nəsildir və onlar çox məşğul olurlar. Amma, eyni zamanda uzun tətili sevirlər.
“Hotels.com”un apardığı sorğunun nəticələrinə əsasən, respondentlərin 66 faizi illik məzuniyyətdən istifadə etmir. Araşdırma göstərir ki, gənc nəsil tətil üçün vaxtı müəyyənləşdirməyi düşünmür.
Hər on gəncdən (66%) altısı illik icazəsini istifadə etmir ki, onlardan yarıdan çoxu (61%) səbəb kimi çox məşğul olduqlarını göstərir.

“Azərbaycana gələn əcnəbi turistlər ölkəmizin regionlarına daha çox maraq göstərirlər”

Türkiyədən 300 professional gəncin qatıldığı sorğu iştirakçılarının yarıdan çoxunun (61%) iş yerində bütün tətil icazələrini götürə bilməyəcək qədər məşğul və ya stressli olduqlarını ortaya çıxarıb.
Proqramlar tərtib etməsinə baxmayaraq, illik icazənin 36 faizi, təxminən 6 iş günüdür, məsələn, ev işləri və digər işlərə sərf edilir. Bundan əlavə, işçilər istirahət günündə həkimlərin qəbuluna gedirlər (50%), xidmət / satıcının gəlməsini gözləyir (17%), toy (45%) və ya dəfn mərasimlərinə (43%) gedirlər.
Anketdə iştirak edən qadınların 64 və kişilərin 69 faizi nootbuk və ya telefonlarını götürərək bir həftəlik tətildə e-maillərinə orta hesabla 11 dəfə nəzarət edir. Bu, onların öz şəxsi həyatlarına da təsir edir və həmin şəxslərin yarısı (50%) öz həyat yoldaşları ilə mübahisələr edirlər.
Səhiyyə mütəxəssisi Sloan Sheridan-Williams çalışan insanlara icazə verilməsinin əhəmiyyəti ilə bağlı bildirib ki, fiziki, zehni və ruhi cəhətdən sağlamlığımız üçün düzgün bir tətil, əslində, ciddi əhəmiyyətə malikdir: “İstirahət üçün vaxt ayırmaq və işdən bir müddətə tamamilə ayrılmaq vacibdir”. Tədqiqatlar göstərir ki, insanlar çox məşğul olmaqla yanaşı, eyni zamanda onların üçdə biri birillik məzuniyyətini daha özəl işlərinə ayırmağa çalışır.

Ölkəmizdə sovet dövründə olan turizm marşrutlarının bərpası təklif edilir
Ölkəmizdə də turizmin inkişafı istiqamətində tədbirlər davam edir və 2017-ci il bu sektorda irəliləyişlər ili kimi yadda qaldı. Nazirlər Kabinetinin son iclasında ölkə başçısı da bildirib ki, turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək: “2016-cı ildə xarici turistlərin gəlişi 24 faiz artıb, keçən il isə əlavə daha 20 faiz artım olmuşdur və rekord səviyyəyə çatıb. Ölkəmizə 2,7 milyon xarici vətəndaş gəlib. Bu, çox müsbət haldır. Bunun səbəbləri var, - həm sabitlik, təhlükəsizlik, qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələrimiz və turizm sahəsinə göstərilən dövlət dəstəyi və əminəm ki, eyni zamanda beynəlxalq tədbirlər, beynəlxalq yarışlar turistləri ölkəmizə cəlb edir. Sevindirici hal ondan ibarətdir ki, keçən il turistlər bank kartları ilə 70 faiz çox pul xərcləyiblər. Turistlərin sayı cəmi 20 faiz artıb, amma xərclənən pul 70 faiz artmışdır. Bu da çox müsbət haldır. Turizm də ixracın bir növüdür, çünki turizm ölkəyə valyuta gətirir”. Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov “Trend”-ə bildirib ki, sovet dövründə Azərbaycana gələn turistlər üçün bir çox maraqlı marşrutlar olsa da, bu gün həmin marşrutlar üzrə turlar təşkil edilmir: “Məsələn, sovet dövründə Bakı-Şamaxı-Şəki-Gürcüstan turu təşkil olunurdu. Albaniya turistləri bu tura çox maraq göstərirdilər və buna görə ölkəmizə səfər edirdilər. Bundan başqa, indi elə turizm marşrutları var ki, onlar yeni istiqamət kimi qəbul edilir. Məsələn, sovet dövründə Qubanın Təngəaltı, Afurca kəndlərinə, eləcə də Qusarda Laza şəlaləsinə səfərlər çox olurdu. İndi isə turistlər artıq bu yerlərə səfər etməyə də maraq göstərirlər”.
M.Ağakərimov qeyd edib ki, yay mövsümündə Azərbaycana gələn əcnəbi turistlər ölkəmizin regionlarına daha çox maraq göstəririlər. Onun sözlərinə görə, son illərdə Azərbaycana Rusiya, İran və ərəb ölkələrindən gələn turistlərin sayı artıb. Turistlər daha çox Şamaxı, Qəbələ, Şəki, Qax, Quba və Qusar rayonlarına səfər edirlər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info