“Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirilib
Tarix: 19.01.2018 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 20 Yanvar faciəsinə həsr olunmuş “Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirildi. Tədbirdə ADPK-nın rəhbərliyi, müəllim və tələbə heyəti, qonaqlardan Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, 20 Yanvar hadisəsinin iştirakçıları və başqaları iştirak ediblər.
20 Yanvar faciəsində həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının tarixinə Qanlı yanvar faciəsi kimi daxil olmuş 1990 -cı il 20 Yanvar faciəsindən 28 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Tədbirdə kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edərək bildirib ki, xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar hadisələri tariximizin qəhrəmanlıq səhifəsidir. 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Həmçinin tədbirdə 20 Yanvar 1990-cı il və 1992-ci il Xocalı faciəsinin 1-ci qrup Vətən müharibəsi əlili Arif Məhərrəmov və BDU-nun professoru İdris Əhmədov bu hadisələrin şahidi oldmalarından, ürək ağrısı ilə öz başlarına gələnlərdən danışıblar.
ADPK-nin tarix müəllimi Nailə Zaliyeva isə sovet imperiyasının başında duran M.Qorbaçovun qanunsuz hərəkətlərindən söz açdı.
Tədbirdə 20 Yanvar faciəsinə aid videoçarx və ədəbi-bədii kompozisiya nümayiş etdirildi.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Türkiyədə ən çox daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarıdır
17.06.2019
Baş Prokurorluq və DİN rəsmi məlumat yayıb
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info