Xocalı sözü soyqırımı ifadəsinin qarşılığı kimi lüğət fondumuza daxil edilsin
Tarix: 18.01.2018 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Jurnalist Tural Turan maraqlı bir təklif irəli sürüb. O Xocalı sözünün soyqırımı ifadəsinin qarşılığı kimi lüğət fondumuza daxil edilməsini təklif edir:“2006-cı ildə İngiltərənin Oxford Universitetinin buraxdığı “New english words” lüğətində “holokost” sözü “genocide” – soyqırımı sözünün qarşılığı kimi verilib. Yəni, nasistlərin yəhudilərə qarşı törətdiyi soyqırım həmin faciənin adı ilə soyqırım ifadəsinin birbaşa mənası kimi əbədiləşdirilmişdi. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə iyirminci əsrin ən böyük soyqırımlarından biri – Xocalı soyqırımı erməni nasist-daşnak birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədildi. 613 nəfər bir neçə saatın içində qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi. 1275 nəfər əsir götürüldü. İşgəncələrə məruz qaldı. Xocalı şəhəri yer üzərindən silindi. 26 ildir ki, biz “Xocalıya ədalət” kampaniyaları aparırıq. Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınmasına çalışırıq. Bu sahədə müəyyən uğurlar da əldə edilib. Bir neçə dövlət ermənilərin azərbaycanlılara qarşı törətdiyi qeyri-insani cinayətləri soyqırımı kimi tanıyıb. Prosesə töhfə olacaq bir fikri də mən səsləndirmək istəyirəm. Xocalı ifadəsi soyqırımı sözünün qarşılığı - ekvivalenti kimi Azərbaycan dilinin lüğət fonduna daxil edilsin. Yəni, “xocalı=soyqırım”… Məncə Xocalı soyqırımının tanınmasına təbliğinə, daha çox gündəmə daşınmasına bundan daha yaxşı töhfəmiz olmayacaq. Hər bir soyqırımı elə Xocalı sözü ilə qoşa çəkək. Məsələn, Holokost xocalı(Holokost soyqırımı), Hirosima xocalı (Xrosima soyqırımı) və s. Öz dilimizdə xocalı sözü soyqırımı sözünün qarşılığı kimi öz yerini möhkəmlətdikdən sonra, bu sözü digər türk xalqlarının dilinə də bu formada keçirilsin. Bununla təkcə gənc nəslin deyil, ümumilikdə türk dünyasının yaddaşına Xocalı soyqırımını əbədi həkk etmiş olarıq. Dilimizi öyrənən əcnəbilər də xocalı ifadəsini soyqırımı sözünün qarşılığı kimi öyrənəcəklər. Məncə Dilçilik institutu bunun üzərində əvvəlcə yaxşı-yaxşı baş sındırmalı, sonra mümkün olanı etməlidir”.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib
16.01.2019
Azərbaycandan İrana qanunsuz keçmək istəyən sərhəd pozucusu saxlanılıb
16.01.2019
MTRŞ: “Televiziyalarda ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığı var”
16.01.2019
Sürücü və sərnişinlərə xəbərdarlıq
16.01.2019
“Azərenerji” xüsusi rejimdə işləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info