“İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayı hər ay artır
Tarix: 19.01.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


2017-ci ildə “İş yerinə dair arayış” elektron xidmətdən əvvəlki ilə nisbətən 48,3 faiz çox istifadə edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən 2017-ci il ərzində əvvəlki illə müqayisədə 48,3 faiz çox olmaqla 337 749 dəfə istifadə edilib. 
“İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayında hər ay artım dinamikası özünü göstərir. Buna misal olaraq, 2017-ci ilin dekabr ayında bu e-xidmətə müraciətlərin sayı əvvəlki noyabr ayına nisbətən 16,7 faiz, 2016-cı ilin dekabr ayına nisbətən isə iki dəfəyə qədər artaraq 41 382-yə çatıb. 
Həmin e-xidmətdən istifadəyə böyük ictimai maraq onun əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxsə istənilən vaxt onlayn rejimdə öz iş yeri barədə arayış əldə etməyə imkan verməsindən irəli gəlir. Bununla da vətəndaşların müvafiq hallarda qeyd olunan arayışı almaq üçün işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə ehtiyac qalmır. E-xidmətdən istifadə zamanı formalaşdırılan arayışı istifadəçi çap edərək kağız şəklində aidiyyəti təşkilata təqdim edə, yaxud arayış tələb olunan təşkilata elektron yolla göndərə bilir. Arayışın təqdim edildiyi hər hansı təşkilat onun düzgünlüyünü, bu sənəddə əksini tapan məlumatların doğru olub-olmadığını portaldakı xüsusi e-xidmət vasitəsilə yoxlaya bilir.
“İş yerinə dair arayış” e-xidməti 3 ildən çoxdur ki, fəaliyyət göstərir və ötən müddətdə “Elektron hökumət” portalının e-arayışlar bölməsində ən çox istifadə edilən e-xidmətlər sırasında olub. İndiyədək “İş yerinə dair arayış” e-xidmətinə 815 mindən çox müraciət qeydə alınıb ki, bu da portaldakı 18 növdə e-arayış xidmətləri üzrə edilən ümumi müraciətlərin təqribən yarıya qədəri deməkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info