20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Tarix: 19.01.2018 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Yanvarın 19-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Daimi Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində xalqımızın müstəqillik yolunda keçdiyi tarixə bir daha nəzər salınıb, bu qəhrəmanlıq salnaməsinin hər bir azərbaycanlının qəlbində əbədi həkk olunacağı, şəhidlərimizin xatirəsinin ürəklərdə daim yaşayacağı bildirilib.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirib ki, 1990-cı il yanvarın 20-də keçmiş sovet ittifaqının silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarına görə bu hadisə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də bir qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Bəxtiyar Əsgərov vurğulayıb ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilib, faciənin günahkarlarının adları açıqlanıb. Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda ulu öndər Heydər Əliyevin heç nədən çəkinmədən Azərbaycan Respublikasının Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırması, öz xalqı ilə birlikdə olduğunu açıq şəkildə nümayiş etdirməsi minnətdarlıq hissi ilə xatırlanıb. Qeyd edilib ki, Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb, Ulu Öndərin Sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olunub. Şəhidlər Xiyabanındakı möhtəşəm abidə də məhz Ulu Öndərin təşəbbüsü ilə ucaldılıb. Bəxtiyar Əsgərov bildirib ki, Azərbaycan xalqı 20 Yanvar qurbanlarının xatirəsini bu gün də əziz tutur. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev də daim tarixilik və müasirlik amilini əsas tutaraq milli mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılmasına xüsusi diqqət yetirir. Bu gün müstəqil Azərbaycan dövlətinin bütövlükdə tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə həssas münasibəti, dövlət səviyyəsində milli mədəniyyətimizin və tariximizin bütün dünyada təbliğ olunması üçün həyata keçirilən fəaliyyətində olduğu kimi, respublikamızda da kədərli, faciəli tariximizin anılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir.
Nümayəndəliyin rəhbəri bildirib ki, 20 yanvar günü hər il olduğu kimi Naxçıvan Muxtar Respublikasında ümumxalq hüzn günü kimi izdihamla insanların rayon və şəhərlərdə ucaldılmış və ziyarətgaha çevrilmiş 20 yanvar abidələrinin önündə toplanması ilə qeyd edilir. “Bu barədə danışarkən, Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun bu sahədə gördüyü müqayisəsiz işləri, imzaladığı sərəncamları xüsusi qeyd etmək lazımdır. Məhz Vasif Talıbovun həyata keçirdiyi uğurlu fəaliyyət nəticəsində Muxtar Respublikada Vətənə, torpağa, xalqa bağlılığı tərənnüm edən abidələrin ucaldılması və bu sahədə həyata keçirilən fəaliyyət proqramları gənc nəsillərdə gələcəyə ümid və etibar hissinin möhkəmlənməsinə və xalqımızda böyük gələcəyə inam düşüncəsini aşılamaqdadır”. Bəxtiyar Əsgərov, həmçinin qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllinin mühüm vəzifələrdən biri kimi qarşıya qoyulması bir daha müdrik Prezidentimiz tərəfindən həyata keçirilən siyasətin nə qədər düşünülmüş, insanpərvərlik, vətənsevərlik prinsiplərinə paralel həyata keçirildiyindən xəbər verir. Bu gün hər kəs yaxşı bilir ki, şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir, onlara yüksək qayğı göstərilir.
Daha sonra əlaqələndirmə sektorunun böyük məsləhətçisi Ramazan Abbasov tədbir iştirakçılarına sözügedən faciə barədə tarixi faktları əks etdirən məruzə ilə çıxış edib. Xalqımızın qəhrəmanlıq tarixində xüsusi iz qoymuş 20 Yanvar həqiqətlərindən söz açıb. O, qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılıb: “Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı məhz 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O faciəvi gecədə Azərbaycan xalqı sınağa çəkildi. 20 Yanvar faciəsinin, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu qeyd edib.
Tədbirdə çıxış edən nümayəndəliyin əlaqələndirmə sektorunun məsləhətçisi Nurlana Qəribova vurğulayıb ki, o qanlı gündən 28 il keçməsinə baxmayaraq, şəhid olanlar yaddaşlarda silinməz iz buraxıblar. Onların mübarizliyi bugünkü gəncliyimizə nümunə məktəbidir. Xalqımız üçün o illərin qaranlıq məqamları zaman keçdikcə aydınlaşıb, yüz illərdir ki, erməni hiyləgərliyi, xəyanəti nəticəsində xalqımıza qarşı törədilmiş amansızlıqlar gün üzünə çıxıb. Qeyd olunub ki, 20 Yanvar faciəsi son dövr tariximizin qanlı hadisələrindən bir kimi həm də bu xalqın qan yaddaşında bir mübarizə, qürur günüdür. Ölkənin iqtisadi vəziyyətinin yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. Bu gün xalqımız 20 Yanvar hadisələrinin 28-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edirik. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info