Lənkəranda 25 illik fasilədən sonra Çay bayramı keçirilib
Tarix: 22.05.2013 | Saat: 22:00:00 | E-mail | Çapa göndər


Lənkəranda 25 illik fasilədən sonra Çay bayramı keçirilib. Rayonun Vilvan kəndində fermer təsərrüfatının başçısı İlyas Əliyevə məxsus yaşıl çay plantasiyasında təşkil olunan tədbirdən öncə iştirakçılar yerli emal müəssisələrinin istehsal etdikləri yaşıl çay nümunələri ilə tanış olmaqla, pürrəngi və ətirli Lənkəran çayının dadına baxıblar. Sonra rayonun incəsənət ustaları qonaqları musiqi təranələri ilə qarşılayıblar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov çıxışında qeyd edib ki, ötən yüzilliyin 70-80-ci illərində rayonda yaşıl çay yarpağı istehsalı 16 min tondan çox olub. Şəhərin sənaye müəssisələrində emal olunan “Azərbaycan buketi” və “Ekstra” çayları SSRİ-nin hüdudlarından kənarda da şöhrət qazanıb. İcra başçısı keçmişdə Lənkəranda məhsul bayramının keçirildiyini yada salaraq, bu ildən etibarən həmin ənənənin bərpa ediləcəyini bildirib.
“Lənkəran Çay” filialının direktoru Fərman Abdullayev çıxışında çayçılığın elmi əsaslarla inkişaf etdirilməsi sahəsində aparılan elmi-tədqiqat işlərindən danışaraq, çayçılığın tədqiqi sahəsində yazdığı kitabları təqdim edib. “Vilvan” kəndli-fermer təsərrüfatının başçısı İlyas Əliyev isə çıxışında bildirib ki, son 3 il ərzində Lənkəran və Astara rayonlarında 500 hektardan çox yeni çay plantasiyaları salınıb: “Mən 50 ildən çoxdur ki, çayçılıqla məşğul oluram. 2005-ci ildən bu sahənin inkişafına, çay plantasiyalarının bərpasına başlamışam. Təsərrüfatımızda 100 nəfər işçi çalışır. Onların 20-25 nəfəri daimi işlə təmin olunub”. Çay bayramında Lənkəranın istedadlı incəsənət ustalarından Nəzakət Veysəlovanın, “Nənələr” folklor kollektivinin, Hüseynağa Məhərrəmoğlunun, Əli Hüseynovun, Qoşqar Məmmədlinin ifa etdikləri musiqi təranələri bayrama xüsusi rövnəq verib.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info