20 Yanvar gecəsinin qurbanları unudulmur
Tarix: 19.01.2018 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Nizami rayonunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar şəhid ailələri və əlillərlə görüş keçirilib.
Nizami Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlanılıb.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 1990-cı ildə baş verən qanlı 20 Yanvar hadisələrinin Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin gecədə həlak olan vətən oğullarının xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdığını qeyd edib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov, icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədri Məhi Mehtiyev, “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və bir neçə rayona fövqəladə vəziyyət elan edilmədən keçmiş Sovetlər İttifaqının qoşun hissələrinin yeridildiyini, dinc əhaliyə divan tutulduğunu, yüzlərlə insanın qətlə yetirildiyini, yaralandığını və itkin düşdüyünü bildiriblər. Çıxış edənlər 20 Yanvarın milli matəm, hüzn günü kimi qeyd edildiyini, eyni zamanda, həm də iftixar hissi ilə xatırlandığını söyləyıblər.
Tədbirdə, xalqımızın müstəqilliyi uğrunda canlarını qurban verən oğul və qızların uyuduğu Şəhidlər xiyabanının xalqımız üçün müqəddəs bir and yerinə çevrildiyi və milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacağı vurğulanıb.
Tədbirin sonunda rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə maddi yardım göstərilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info