“Miqyasına və qəddarlığına görə ən dəhşətli cinayət Azərbaycanda törədilib”
Tarix: 19.01.2018 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Azərbaycanın Koreya Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Koreyanın ictimai-siyasi xadimlərinin, yerli kütləvi informasiya vasitələrinin və nüfuzlu şirkətlərin nümayəndələrinin, bir sıra ali təhsil ocaqlarının professor və müəllim heyətinin, QHT nümayəndələrinin, həmçinin “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvlərinin iştirak etdikləri mərasimdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfirliyin ikinci katibi Toğrul Əliyev 20 Yanvar faciəsinin tarixi, səbəbləri və nəticələri barədə təqdimatla çıxış edib. Keçmiş SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar hadisələrinə bənzər olayların digər ölkələrdə də törədildiyi qeyd edilib. Vurğulanıb ki, miqyasına və qəddarlığına görə ən dəhşətli cinayətin məhz Azərbaycanda törədilməsinə baxmayaraq, bu təcavüz xalqımızın iradəsini və milli-azadlıq ruhunu qıra bilmədi.
Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov 1990-cı il 20 yanvar gününün tariximizdə həm hüzn, həm də qəhrəmanlıq səhifəsi olduğunu, dünya ictimaiyyətinin azadlıq uğrunda mübarizədə xalqımızın sarsılmaz iradəsinin şahidi olduğunu qeyd edib.
R.Teymurov bir çox xalqların tarixində olduğu kimi Koreya xalqının müstəqillik tarixində baş vermiş hadisələrlə paralellər apararaq, Sovet İttifaqının müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin əsas mahiyyəti haqda geniş məlumat verib. O, belə faciələrin təkrarlanmaması üçün tarixin unudulmamasının və tarixdən dərs alınmasının vacibliyini bildirib.
Sonra R.Teymurov qonaqların 20 Yanvarla bağlı suallarını cavablandırıb.
Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş qısametrajlı videoçarx və fotolar nümayiş etdirilib, iştirakçılara faciə ilə bağlı nəşrlər paylanılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Beynəlxalq Əmək Təşkilatı əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə təlim kursu keçirib
13.12.2018
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib
13.12.2018
Xanımlar üçün sosial sahibkarlıq proqramına start verilib
12.12.2018
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilir
12.12.2018
“Bakcell” müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 “Ermənistan iqtisadiyyatı böhrandan çıxa bilmir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info