“Bakcell” və “PwC” xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün səylərini birləşdirir
Tarix: 19.01.2018 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi  “Bakcell” şirkəti özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsinə start verib.
Bu il “Bakcell” şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlmiş bu layihənin həyata keçirilməsi üçün aparıcı beynəlxalq peşəkar xidmətlər şirkəti olan “PwC Azərbaycan” ilə səylərini birləşdirir.
“Bakcell” və “PwC” şirkətlərinin əməkdaşlığı  sayəsində bu layihə üzrə bütün fəaliyyətlər maliyyələşdirilərək daha çox uşağa dəstək olmağa imkan yaradacaq. “Biz inanırıq ki xüsusi qayğıya ehtiyacı olan bütün uşaqlar cəmiyyətimizin tam hüquqlu üzvləridir. “Bakcell” şirkəti olaraq bu uşaqların öyrənməsi, yeni bacarıqlar əldə etməsi və hətta yaradıcılıqla məşğul olmasına imkan yaratmaq üçün əlimizdən gələni edirik. Bizim əsas məqsədlərimizdən biri də bu gözəl balalarımıza həyatda öz yerlərini tapmaqda, cəmiyyətin vacib bir hissəsinə çevrilməkdə və parlaq gələcəyə addımlar atmaqda dəstək göstərməkdir. Bu səbəbdən,  sevinirik ki bu il “PwC” şirkəti “UAFA”nı və bu uşaqları dəstəkləmək üçün səylərimizi birləşdirmək təklifimizi böyük məmnuniyyətlə qəbul etdi. Əminəm ki, bu əməkdaşlıq nəticəsində biz daha çox uşağı sevindirməyə nail olacağıq”, - “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
“İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsi “UAFA”nın Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni imkanlar  təmin etmək məqsədi daşıyır. Layihə zamanı 80 nəfərdən çox uşaq öz maraq və seçimləri əsasında yeni bacarıqlara sahib olmaqla yanaşı, istedadını müxtəlif tədbirlərdə nümayiş etdirə biləcəklər.
““PwC Azərbaycan” şirkəti olaraq biz müxtəlifliyə hörmətlə yanaşır və dəyər veririk. Biz əminik ki, müxtəlif mənşəli və müxtəlif düşüncəyə malik insanları bir araya gətirərək vətəndaşlarımız və cəmiyyətimizə daha böyük dəyər bəxş etməyə nail olacağıq. Bizim Bakıdakı ofisimizdə də fiziki məhdudiyyətləri olan insanlar çalışır və bununla yanaşı biz Azərbaycanın istedadlı uşaqlar və gənclərinin inkişafı üçün əlimizdən gələni edirik”, deyə “PwC”nin idarəedici partnyoru Mövlan Paşayev bildirib.
“Bakcell” şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Həmin dərnəklərdə iştirak edən uşaqlar müxtəlif tədbirlərə dəvət olunub öz bacarıqlarını böyük həvəslə nümayiş etdirməklə özlərinə və onları alqışla qarşılayan tamaşaçılara böyük sevinc hissi bəxş edirlər. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib
27.05.2019
“DOST” mərkəzinin xidmətlərindən 3 mindən çox vətəndaş faydalanıb
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info