“Ermənistanda qazın ardınca elektrik enerjisinin də qiyməti artırılacaq”
Tarix: 22.05.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Armen Movsisyan: “Mavi yanacağın gözlənilən
qiymət artımı elektrik enerjisinin də orta hesabla 30 faiz bahalaşmasına səbəb olacaq”


Ermənistanda qazın qiymətinin artırılmasının yaratdığı narahatlığın nə qədər ciddi olduğu hər keçən gün bir qədər də aydın olur. Məsələ ondadır ki, mavi yanacağın qiymətinin birdən-birə 60 faizdən çox artırılması yoxsulluq içində olan əhali qrupu üçün həddindən artıq ciddi zərbə olacaq. Məsələ ondadır ki, qazın qiymətinin artırılması avtomatik olaraq digər sahələrdə də qiymət artımına səbəb olacaq.

Elə «Şant» telekanalına müsahibə verən Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisyan da təsdiqləyib ki, mavi yanacağın qiyməti artandan sonra təbii olaraq elektrik enerjisinin də qiyməti artmalıdır. Nazir konkret rəqəm də səsləndirib. O, bildirib ki, mavi yanacağın gözlənilən qiymət artımı elektrik enerjisinin də orta hesabla 30 faiz bahalaşmasına səbəb olacaq. Nazir fikrini onunla izah edib ki, qaz sahəsi ilə elektroenerji sahəsi bir-birilə elə sıx bağlıdır ki, birində olan artım avtomatik olaraq digərinə də təsir edir: «Hazırda qiymətnizamlayıcı orqanda araşdırmalar aparılır. Mavi yanacağın qiyməti ilə bağlı konkret məbləğ müəyyənləşəndən sonra, digər enerji sahələrindəki artımın da məbləği aydın olacaq». Nazir bildirib ki, uzun müddət ərzində enerji sahəsində qiymətlər artırılmayıb. Baxmayaraq ki, həmin müddət ərzində yanacağın, avadanlığın, materialların qiyməti artıb, valyutanın kursu dəyişkən olub. Movsisyan bildirib ki, ilkin proqnozlara görə, əhali qrupu üçün qazın qiyməti təxminən 20, biznes dairələri üçün 15 faiz bahalaşacaq. Amma «Qazprom»la danışıqlar davam etdiyindən konkret qiymət hələ müəyyənləşməyib. Xatırladaq ki, «Qazprom» Ermənistana min kubmetri 180 dollara satdığı qazı indi 270 dollara satmaq istəyir. «Qazprom»un törəmə şirkəti olan «ArmRosqazprom» isə əhali qrupu üçün qazın qiymətini 67,4 faiz- min kubmetr üçün indiki 132 min dramdan 221 min drama, digər iri istehlakçılar üçün isə 61,3 faiz-indiki 243 dollardan 392 dollara qaldırmaq istəyir. Qazın qiymətinin artırılması ilə bağlı məsələ erməni sahibkarlar arasında da narazılıq yaradıb. İrəvanda mətbuat konfransı keçirən bir qrup istixana sahibi qiymət artımına etiraz ediblər. Ararat əyalətində böyük tərəvəz istixanası olan Qaqik Babaxanyan bildirib ki, qazın qiymətinin artırılması onların işinə böyük zərbədir: «Bizim istixananın qızdırılmasının 85 faizi qazın hesabına təmin olunur. İndi qazın qiymətini artırmaqla bizi çətin vəziyyətə salırlar. Qazın qiyməti artsa, onda bizim istehsal etdiyimiz məhsulların da qiyməti artacaq». Başqa bir fermer Artak Tomasyan qeyd edib ki, tezlikə meyvə-tərəvəzin qiyməti artmasa, o, məcbur olub istixanasını bağlayacaq. Əks halda mavi yanacağın qiymətinin artımı onların ziyanla işləməsinə səbəb ola bilər.
ANAR




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info