“20 Yanvar” – Gənclər Təşkilatlarının fəaliyyət günü keçirilir
Tarix: 19.01.2018 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


20 Yanvar faciəsi ilə bağlı “Xətdə” proqramı çərçivəsində Gənclər Təşkilatları Milli Şurası tərəfindən “20 Yanvar” – Gənclər Təşkilatlarının fəaliyyət gününə start verilib. Kampaniya 20 yanvar 1990-ci ildə baş vermiş faciə haqqında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq və gənclər arasında məlumatlılığının artırmaq məqsədi ilə keçirilir.
Fəaliyyət müddətində ilkin olaraq faciə ilə bağlı məlumatlar toplanaraq, müxtəlif dillərdə tvitlərdən ibarət elektron baza yaradılır. Paylaşımlar zamanı #20January və #xetde həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsilə kütləvi çağırışlar ediləcək, 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri özündə əks etdirən şəkillərlə paylaşımlar və məlumatlar yerləşdiriləcək. Sosial şəbəkələrdə xüsusi qeyd olunmuş həştəqlərlə paylaşımlarla yanaşı fəaliyyət çərçivəsində gənclər Facebook sosial şəbəkəsində örtük şəkli və e-poçt ünvanlarında imza bölməsində bannerdən istifadə edəcəklər. Fəaliyyət çərçivəsində həmçinin, Facebook sosial şəbəkəsində gənclər öz profil şəkillərində “20 Janvar” adlı çərçivəni tədbiq edərək kampaniyaya dəstək olacaqlar.
Fəaliyyətlərə qoşulmaq istəyən gənclər www.20yanvar.nayora.az saytına daxil olaraq kampaniya ilə bağlı təlimatlarla tanış ola bilərlər.
Məlumat üçün qeyd edək ki, Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülməsi, 744 nəfər yaralanması ilə nəticələnən Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
Xatırladaq ki, “XƏTDƏ” Proqramı – Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsinə, gənclərin internet şəbəkədə Azərbaycan maraqlarının təbliğinə cəlb olunmasına yönələn uzunmüddətli proqramdır. Bu günə qədər proqram çərçivəsində Azərbaycanın maraqlarının müdafiəsi məqsədi ilə uğurlu və genişmiqyaslı “Creatweet”, "Retweet”, “31 mart – Azərbaycanlılarının soyqırım günü” və “Xocalıya Ədalət” kampaniyasına dəstək məqsədilə fəaliyyət günləri həyata keçirilmişdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info