Akademik Teymur Bünyadovun 90 yaşı tamam olur
Tarix: 19.01.2018 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Yanvarın 20-də görkəmli tarixçi-etnoqraf alim, Əməkdar Elm Xadimi, “Şöhrət” və “Şərəf” ordenli akademik Teymur Bünyadovun 90 yaşı tamam olur.
T.Bünyadov 1928-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirdikdən sonra 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil alıb.
Universiteti uğurla başa vuran T.Bünyadov daha sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olub, 1955-ci ildə məşhur qafqazşünas alim Y.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edib. Tarixşünaslıq baxımından böyük əhəmiyyət daşıyan dissertasiya işi bütün Qafqazda ilk dəfə qələmə alınan mövzudur.
O, 1968-ci ildə “Azərbaycanın qədim və orta əsrlərdə təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi alıb, 1970-ci ildə professor elmi adına layiq görülüb, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.
1955-ci ildə AMEA-nın Tarix İnstitutunun arxeologiya şöbəsində elmi işçi kimi əmək fəaliyyətinə başlayan alim 1993-cü ildən bu günədək Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışır. Alim, həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. O, uzun illər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universitetində Azərbaycan tarixi, qədim dünya tarixi və arxeologiya fənlərindən mühazirələr oxuyub.
İctimai fəaliyyətlə də məşğul olan T.Bünyadov Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-2000-ci illərdə) seçilib.
Alimin rəhbərliyi ilə 10 doktorluq, 35 namizədlik dissertasiyası müdafiə edilib. O, 856 elmi əsərin, o cümlədən 35 kitab və monoqrafiyanın, 821 elmi məqalənin müəllifidir.
T.Bünyadov təkcə tarixçi-etnoqraf alim deyil, həm də folklorşünas, nasir və şairdir. Onun 1991-ci ildə yüksək tirajla nəşr edilən “Göz yaşları” romanı, “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlar” adlı üçcildlik bayatı kitabları oxucuların böyük sevgisi ilə qarşılanıb.
T.Bünyadov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yüksək tirajla nəşr edilmiş “Azərbaycan etnoqrafiyası” üçcildliyinin baş redaktoru, həmin cildlərin ikisinin isə müəllifidir. Bu əsər Azərbaycanın elmi ictimaiyyəti tərəfindən yüksək hadisə kimi qiymətləndirilib. Onun rəhbərliyi və müəllifliyi ilə hazırlanmış “Qəbələ tarixi”, “Qəbələ folkloru” və “Qəbələ etnoqrafiyası” adlı üçcildlik kitablar rus və ingilis dillərinə tərcümə edilərək yüksək tirajla çap olunub.
T.Bünyadov Moskvada çapa məsləhət görülən “Azərbaycanlılar” adlı irihəcmli əsərin müəlliflərindən biridir.
Akademik T.Bünyadovun bir sıra beynəlxalq elmi konfranslarda, o cümlədən 1960-cı ildə Moskvada şərqşünasların iyirmi beşinci beynəlxalq konqresində, 1964-cü ildə antropologiya və etnoqrafiya elmləri üzrə yeddinci beynəlxalq konqresdə, 1971-ci ildə Tbilisidə arxeoloq və etnoqrafların ümumittifaq sessiyasında, 1990-cı ildə İstanbulda birinci Millətlərarası Azərbaycan-türk dərnəkləri qurultayında, 2004-cü ildə Moskvada məşhur qafqazşünas alim Y.Krupnovun 100 illiyinə həsr edilmiş elmi sessiyada, 2007-ci ildə Parisdə “Azərbaycanın xalça sənəti” mövzusunda beynəlxalq konfransda elmi məruzələri böyük maraqla qarşılanıb.
Alim Türkiyə, Rusiya, Gürcüstan, Norveç, İran, Ukrayna, Fransa və digər ölkələrdə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil edib.
Akademik T.Bünyadovun səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub, 2008-ci ildə “Əməkdar Elm Xadimi” fəxri adına, 2015-ci ildə isə AMEA-nın tarix üzrə Bakıxanov adına mükafatının ilk laureatı adına layiq görülüb. Dövlətimizin başçısının Sərəncamı ilə 2018-ci il yanvarın 18-də T.Bünyadov “Şərəf” ordeni ilə təltif olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info