Dövlət Neft Fondunda vakansiya
Tarix: 19.01.2018 | Saat: 14:52:00 | E-mail | Çapa göndər
Dövlət Neft Fondu İnvestisiya departamentinin Sabit gəlirli qiymətli kağızlar və pul bazarları şöbəsinin treyderi vəzifəsinə işçi axtarır.
Öhdəliklər:
• Ticarət strategiyasına uyğun sabit gəlirli qiymətli kağızların axtarılması, seçilməsi və alqı-satqısı;
• Müxtəlif pul bazarları alətlərinin alqı-satqısı;
• Kontragent banklarla əlaqələrin saxlanılması;
• Maliyyə bazarlarına, investisiyalara və istiqrazlara dair məlumatların toplanması;
• Portfeldə olan qiymətli kağızların gündəlik monitorinqi.
Tələblər:
• Təhsil: Ali təhsil (maliyyə/iqtisadi/riyazi). Maliyyə/Biznesin idarə edilməsi sahəsində magistr dərəcəsi və ya CFA sahəsində nailiyyətləri olanlara üstünlük verilir;
• Təcrübə: Beynəlxalq maliyyə bazarlarında 1 ildən çox analoji iş təcrübəsi;
• Dil bacarığı: Azərbaycan və ingilis dillərində mükəmməl danışıq və yazı bacarığı vacibdir;
• Kompüter bacarığı: Yüksək səviyyədə kompüter savadı. Maliyyə və statistik analiz məqsədləri üçün proqram paketlərindən istifadə vərdişləri;
• Digər bacarıqlar:
o Maliyyə bazarlarını, qiymətli kağızlara dair investisiyaları dərindən anlamaq. Müxtəlif tipli və strukturlu maliyyə alətlərini tanımaq və onları portfelin idarə edilməsinə tətbiq edə bilmək;
o Portfelin qurulması və risklərin idarə edilməsi sahəsində biliyə sahib olmaq. Analitik düşünmə, hesabat tərtib etmə və qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, beynəlxalq təşkilatlarla ünsiyyətqurma bacarığı.




 
Bölməyə aid digər xəbərlər
20.02.2018
Əfv Komissiyasının növbəti iclası keçirilib
20.02.2018
Məcburi köçkün ailələrinin Tərtərdəki yeni şəhərciyə köçürülməsinə başlanılıb
20.02.2018
Dövlət sərhədini pozan əcnəbilər saxlanılıb
20.02.2018
“Dəb ikonası” adlı seminar keçiriləcək
20.02.2018
11 apreldə seçki dairələri və ərazi seçki məntəqələri fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8446

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info