Əli Əhmədov: “2017-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf davam etdirilib”
Tarix: 19.01.2018 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. YAP-ın saytının yaydığı məlumata görə iclasda YAP İdarə Heyətinin 2017-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurasının tərkibi haqqında 2017-ci ilə dair illik statistik hesabat, partiyanın 2017-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2018-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.
İclasda Baş nazirin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verib. O qeyd edib ki, 2017-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf davam etdirilib. Ötən ilin başlıca siyasi hadisəsi Azərbaycanda “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının paytaxt Bakıda keçirilməsi olub.
Vurğulanıb ki, Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse–prezidenti təyin edilməsi partiyanın çoxminli üzvlərinin qəlbində böyük qürur və sevinc hissləri yaradıb.
Hesabat ilində Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib.
Hesabat dövründə Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrinin daha da şaxələndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilib, bu məqsədlə bir sıra mühüm görüşlər keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə iştirak edib və geniş nitq söyləyib.
Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizdə əldə edilən bütün uğurlarda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi və rolu danılmazdır. Partiyanın ölkənin aparıcı siyasi qüvvəsi kimi böyük məsuliyyəti hiss etməsi və onu öz üzərinə götürməsi diqqətə çatdırılıb. Həmçinin Yeni Azərbaycan Partiyasının dünya miqyasında çox böyük və güclü partiya imicinə malik olması qeyd edilib.
Bildirilib ki, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 noyabr tarixli Sərəncamında mükafata layiq görülənlər arasında Yeni Azərbaycan Partiyasının nümayəndələri də yer alıb.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam edib, hesabat dövrü ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 710 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.
İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib. Qeyd olunub ki, 2017-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 8 milyon 315 min 436 manat olub. Bunun 7 milyon 173 min 280 manatını üzvlük haqları, 1 milyon 142 min 156 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.
Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 4 milyon 202 min 663 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 713 min 757 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 42 min 785 manatı ezamiyyə xərclərinə, 204 min 302 manatı invertarların alınmasına, 4 milyon 419 min 586 manatı tikinti və təmir işlərinə, 421 min 317 manatı kommunal və təsərrüfat xərclərinə, 242 min 535 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 59 min 930 manatı bank xidmətinə, 50 min 385 manatı dəftərxana xərclərinə, 38 min 285 manatı çap işlərinə, 104 min 986 manatı isə sair xərclərə sərf edilib.
Beləliklə, əvvəlki illərin qalıq hesablarından köçürmələr də daxil olmaqla Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 10 milyon 500 min 531 manat təşkil edib. Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 6 milyon 446 min 14 manat qalıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info