MİDA: “Yasamaldakı güzəştli evlər gələn il təhvil veriləcək”
Tarix: 19.01.2018 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) 2017-ci ilin yekunlarına həsr olunan hesabat iclası keçirilib. Agentlikdən verilən məlumata görə, iclası giriş nitqi ilə açan qurumun direktoru Samir Nuriyev təşkilatın 2017-ci il ərzində fəaliyyətinin əsas nəticələri barədə ətraflı məlumat verib.
Agentliyin direktoru bildirib ki, ölkə başçısının müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” qurumun 2017-ci ildə əhalinin güzəştli şərtlərlə mənzillərlə təmin olunması istiqamətində fəaliyyətinin təşkilində rəhbər tutduğu əsas sənədlərdən biridir.
Bununla yanaşı, 2017-ci il Agentlik tərəfindən çoxmənzilli binaların tikintisinə və digər yeni layihələrin icrasına başlanılması üzrə əhəmiyyətli hadisələrlə yadda qalıb. Belə ki, Agentliyin ilk layihəsi – 1843 mənzildən ibarət olacaq Yasamal Yaşayış Kompleksinin tikintisi işləri başlanmış və hazırda sürətlə davam etdirilməkdədir. Kompleksin ilk mənzillərinin bu ilin yay aylarında gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. 2019-cu ildə isə kompleksin tam təhvil verilməsi nəzərdə tutulur.
Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması çərçivəsində yaşayış evlərinin tikintisi, telekommunikasiya infrastrukturunun yaradılması və ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarəolunması üzrə keçirilmiş 3 investisiya müsabiqəsinin nəticələrinə əsasən 18 milyon manata yaxın özəl sərmayə cəlb olunub.
Agentliyin növbəti Hövsan Yaşayış Kompleksi layihəsinin də reallaşdırılmasına 2017-ci ildə start verilib. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə inşa olunacaq və 3002 ailəni yeni mənzil ilə təmin edə biləcək Hövsan Yaşayış Kompleksinin ərazisində xəstəxana, məktəb, uşaq bağçaları, ticarət mərkəzi və digər sosial-məişət obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.
Agentliyin mənzil təminatı üzrə layihələrinin reallaşdrılması zamanı gələcək sakinlərin rahatlığını təmin etmək üçün müvafiq standartlara cavab verən nəqliyyat infrastrukturunun yaradılmasına da xüsusi diqqət yetirilir. Hesabat dövrü ərzində Bakı Nəqliyyat Agentliyi ilə qurulmuş səmərəli əməkdaşlıq nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində piyadaların, ictimai və fərdi nəqliyyatın hərəkətinin təşkili layihəsinin hazırlanması təmin olunmuş və icrasına başlanılmışdır. Bakı Nəqliyyat Agentliyi ilə bu istiqamətdə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info