“Milliyyət” qəzeti 20 Yanvar faciəsindən yazıb
Tarix: 19.01.2018 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver Türkiyənin çoxtirajlı “Milliyyət” qəzetində 20 Yanvar faciəsi ilə bağlı “Bir dramın ildönümü” sərlövhəli məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verdi ki, məqalədə 28 il əvvəl Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qanunsuz olaraq qoşun yeritməsi barədə türkdilli oxuculara müfəssəl məlumat verilir. Müəllif əsaslandırır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş hərbi cinayət Azərbaycana qarşı yeni işğalçılıq cinayəti kimi tarixə düşüb. İki il sonra törədilən Xocalı soyqırımı da bu cinayətin davamı idi.
Keçmiş Sovet imperiyasının sonuncu rəhbəri Mixael Qorbaçov İstanbulda “Bakıda fövqəladə vəziyyət elan etmək və şəhərə qoşun yeritmək mənim ən böyük siyasi səhvimdir”,- desə də bu etiraf tarixin acısını və həmin hadisə əsasında Azərbaycanda baş verən sonrakı faciə və fəlakətlərin mahiyyətini dəyişmir.
Qanlı Yanvar gününü “qərənfillərin ağladığı gecə” kimi dəyərləndirən müəllif məqalədə erməni millətçi dairələrinin XX əsr boyunca Azərbaycan xalqına qarşı törədikləri digər cinayətlərə də nəzər salıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info