Masallı, Astara və Lənkəranda 20 Yanvara həsr olunan mühazirələr təşkil edilib
Tarix: 19.01.2018 | Saat: 19:42:00 | E-mail | Çapa göndər
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq Prezident yanında Bilik Fondu 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə ilə bağlı silsilə tədbirlə həyata keçirir. Bu tədbirlərin davamı kimi Bilik Fondu yanvarın 18-19-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində, Astara Pedaqoji Kollecində və Lənkəran Dövlət Universitetində “20 Yanvar hadisələri Azərbaycan mətbuatında” mövzusunda mühazirələr təşkil edib. Astara Pedaqoji Kollecində keçirilən tədbirdə kollecin direktoru Ağababa İbrahimov, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, Astara şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, AZƏRTAC-ın cənub bölgəsi üzrə müxbiri Bağır Əliyev çıxış ediblər. Qeyd olunub ki, 20 Yanvar hadisələrinə ilk siyasi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Yanvarın 21-də Ulu Öndər ailə üzvləri ilə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək SSRİ-nin rəhbəri Mixail Qarbaçovun siyasətini sərt tənqid edib. O, verdiyi bəyanatda respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməyən sovet rəhbərliyinin Azərbaycan xalqının psixologiyasını anlamadığını, əhalinin müxtəlif təbəqələri ilə zəif əlaqələr qurduğunu, verilən qərarların ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünmədiklərini vurğulayıb.
Diqqətə çatdırılıb ki, Ulu Öndərin bəyanatı Azərbaycan mətbuatının səyi nəticəsində informasiya blokadasını aşaraq 20 Yanvar faciəsi barədə həqiqətləri bütün dünyaya çatdırıb. Sonda suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
21.05.2018
Şəhid hərbçimiz Ağstafada dəfn olunub
21.05.2018
Gəncədə Dilqəm Əhmədin imza günü keçirilib
20.05.2018
Ermənistan silahlı bölmələri atəşkəsi 93 dəfə pozub
19.05.2018
Naxçıvan iqtisadiyyat, təhsil, energetika və digər sahələrdə böyük irəliləyiş əldə edib
18.05.2018
Qazaxda Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı Nəbi Nəbiyevin 100 yaşı qeyd olunub

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9291

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
4 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
5 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info