Moldova Prezidenti Konstitusiya Məhkəməsinə qarşı
Tarix: 19.01.2018 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Moldova prezidenti İqor Dodonın fikrincə, Konstitusiya Məhkəməsinin onun müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılmasına dair qərarı cinayət işinin başlanmasına əsas verir.
Dodon bu barədə “ProTV” telekanalına verdiyi müsahibədə bildirib. “Konstitusiya Məhkəməsi prezidentin qanunu təsdiq etməkdən imtina etmədiyi halda, dövlət başçısının səlahiyyətini dayandırmaq barədə qərar verdi. Bu, cinayətdir. Onlar bunu həyata keçirmək səlahiyyətinə malik deyillər”-deyən Moldova prezidenti onu da əlavə edib ki, məhkəmə bu qərarı konstitusiya ilə müəyyən edilən vaxtı gözləmədən qəbul edib. Qeyd edək ki, burada söhbət Rusiya telekanallarının informasiya proqramlarının Moldova ərazisində yayımının qadağan edilməsindən gedir. “Mənim bu sənədi imzalamaq və ya parlamentə qaytarmaq üçün 14 günüm vardı. Sonuncu gün mən onu parlamentə geri qaytardım. Parlament qanun layihəsini 22 dekabrda yenidən qəbul etdi və dekabrın 27-də təsdiqləmək üçün mənə göndərdi. Konstitusiyaya görə, yanvarın 10-u sənədin imzalanması üçün son tarix idi”- deyə dövlət başçısı qeyd edib. Dodon, qeyd edib ki, artıq yanvarın 4-dən etibarən bu qanunun konstitusiya ilə uyğunluğunu yoxlamaq istəyi ilə Konstitusiya Məhkəməsinə müraciət edib: “Amma Konstitusiya Məhkəməsi bu ərəfədə nə etdi? Prezidentin xəbəri belə olmadan, guya mənim qanunu imzalamaqdan imtina etməm barədə qərar verir. Halbuki hələ yanvarın 10-na qədər mənim bu qanuna imza atmaq hüququm vardı. Amma bu qanun mənim əvəzimə ölkə parlamentinin spikeri Andrian Kandu tərəfindən imzalanıb”. Konstitusiya Məhkəməsinin qanunları pozduğunu deyən Dodon bir daha bəyan edib ki, həmin qanun ölkə vətəndaşlarının məlumat əldə etmək hüququnu pozur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Rusiyada “feyk” xəbər yayanlar cərimələnəcəklər
13.12.2018
Ermənilər islahatlar aparmaq üçün pul tapa bilmirlər
13.12.2018
Paşinyan Rusiya- Ermənistan münasibətlərindəki gərginliyi aradan qaldıra bilmir
13.12.2018
Paşinyan: Hərbi büdcəni artırmaq lazımdır, amma pul yoxdur
12.12.2018
Misir-Azərbaycan Dostluq parkında ulu öndər yad edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info