“Azərbaycan ikili standartlara məruz qalır”
Tarix: 20.01.2018 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Azərbaycanın İtaliyadakı səfirliyi və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə İtaliyanın elmi-akademik dairələrinin nümayəndələri, Azərbaycan və region üzrə tədqiqatçılar, KİV təmsilçiləri, Azərbaycan icmasının üzvləri, o cümlədən İtaliyanın müxtəlif universitetlərində təhsil alan Azərbaycan və digər ölkələrdən olan tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn proseslər, 20 Yanvar hadisəsinin acı nəticələri, bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ona siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb. Aralıq Dənizi Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tarix elmləri doktoru Federiko De Renzi öz çıxışında əsas etibarilə Azərbaycanın qarşılaşdığı ədalətsizliklərdən bəhs edib. Bu ədalətsizlikləri 20 yanvarda etiraz edən dinc azərbaycanlı əhaliyə divan tutulması, habelə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonu işğal etməsi fonunda izah edib. Xüsusilə də bütün bu hadisələrdə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərə və cinayətlərə diqqəti yönəldib. Roma Sapienza Universitetinin dosenti və tədqiqatçısı Daniel Pommier Qara Yanvara aparan tarixi mərhələlər, həmin hadisələrin gedişatında və bundan sonra Azərbaycanın məruz qaldığı ikili standartlar, azərbaycanlılara münasibətdə tətbiq olunan etnik və dini ayrı-seçkilik barədə danışıb. Azərbaycanın dünyəvi dəyərlərə, dinamik vətəndaş cəmiyyətinə malik ölkə olduğunu deyən D.Pommier ölkədə təhsilə böyük diqqət yetirildiyini, son illərdə İtaliyada, o cümlədən Sapienza Universitetində azərbaycanlı tələbələrin sayının artmasının da bunun göstəricilərindən olduğunu deyib. Çıxışlardan sonra Qara Yanvarla bağlı sənədli film nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info