Xocalı soyqırımı şahidinin ABŞ mediasında məqaləsi dərc edilib
Tarix: 19.01.2018 | Saat: 20:06:00 | E-mail | Çapa göndər
ABŞ-da çıxan “Jewish Journal” nəşrində Xocalı qırğınının şahidi, bu dəhşətli qətliamdan möcüzəli şəkildə salamat qalmış Dürdanə Ağayevanın Qara Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş məqaləsi dərc edilib.
Müəllif yazır ki, 1990-cı ilin 20 yanvar səhəri qətlə yetirilmiş dinc azərbaycanlıların qanına boyanmışdı. Moskva Bakıya planlaşdırılan hücumu xalqdan hər vəchlə gizlətməyə çalışmışdı. Yüzlərlə dinc sakin, o cümlədən qadınlar, qocalar və uşaqlar həlak olmuşdu. Komendant rejiminin məhdudiyyətlərinə baxmayaraq, yanvarın 22-də yüz minlərlə azərbaycanlı qətliam qurbanlarını dəfn etmək və xatirəsini əbədiləşdirmək, Vətənə məhəbbətlərini ifadə etmək və ölkənin azadlığı və azad cəmiyyət uğrunda mübarizəyə sadiq olacaqlarını nümayiş etdirmək üçün Bakı küçələrinə çıxmışdılar.
Müəllif xüsusi vurğulayaraq yazır: “Qara Yanvar xalqımın tarixində qara gündür. Amma eyni zamanda ölkəm üzərində sovet nəzarətinə son qoydu. Belə bir zülmətdən azad və müstəqil bir dövlət – Azərbaycan doğuldu”.
Məqalənin sonunda deyilir: “Qara Yanvar hətta amansızlıq və vəhşiliklər qarşısında işıqlı gələcəyə ümid olduğunu göstərən bariz nümunədir”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.05.2018
“Star” zavodu üçün ilk neft Azərbaycandan göndəriləcək
21.05.2018
Serbiya Prezidenti: “Serbiya Azərbaycan üçün dost ölkədir” (Yenilənib)
21.05.2018
Mirzə Baxış Nadimin “Seçilmiş əsərləri” ictimaiyyətə təqdim olunub
21.05.2018
Stolüstü tennis üzrə liqa yarışları başa çatıb
21.05.2018
Tələbələrimiz Qazaxıstanda AXC-nin yubileyi ilə bağlı tədbir keçiriblər

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9291

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
4 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
5 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info