Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib
Tarix: 19.01.2018 | Saat: 20:17:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlığın Azərbaycana tədarükü plana uyğun davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək. Böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprelində döyüş əməliyyatları zamanı uğurla tətbiq olunub. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv olunması bu texnikanın yüksək effektivliyini nümayiş etdirib.




 
Bölməyə aid digər xəbərlər
20.02.2018
Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib
20.02.2018
Milli qəhrəmanlara verilən Prezident təqaüdü artırıldı
20.02.2018
I qrup əlilliyə görə sosial müavinət alanlara Prezident təqaüdü artırılıb
20.02.2018
SOCAR-ın təqaüd proqramları gənclərə əlverişli imkanlar yaradır
20.02.2018
Atatürkün “İstiqlal” medalı ilə təltif etdiyi Hacı Cabbar Kömək kim olub?

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8446

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info