Peterburqda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılır
Tarix: 19.01.2018 | Saat: 22:38:00 | E-mail | Çapa göndər
“Komsomolskaya Pravda – Sankt-Peterburq”un müxbiri Oksana Nikulina qəzetin saytında yerləşdirilmiş məqaləsində yazır: “1990-cı ilin 20 yanvarı Azərbaycan tarixinə əbədi daxil olub. Həmin gün Azərbaycan xalqına qarşı çox amansız zorakılıq aktı baş verib”.
Məqalədə qeyd edilir ki, 28 il əvvəl – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridilməsi zamanı baş verən hadisələri azərbaycanlılar “qara” və ya “qanlı” yanvar adlandırırlar.
Hər şey Bakı sakinlərinin SSRİ-nin ali rəhbərliyi və Mixail Qorbaçovun siyasətinin əleyhinə mitinqlərə çıxması ilə başladı. İnsanlar iqtisadiyyatın dağılmasından, hökumətin fəaliyyətsizliyindən təngə gəlmişdilər və erməni millətçilərinin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbinə etiraz edirdilər. Xalq etirazına cavab tamamilə gözlənilməz və dəhşətli oldu. Əslində, Bakıda tammiqyaslı hərbi əməliyyat başlandı.
Fotoşəkillər o məşum gecədə baş verənləri xatırladır: Bakı küçələrində insan cəsədləri, faciə şahidlərinin əzabdan tanınmaz hala düşmüş gərgin sifətləri, həlak olmuş doğma və yaxınlarına ağlayanlar, əzilmiş avtomobillər. Bir gecədə 140-a yaxın insan öldürülmüş, 700-dən çoxu yaralanmışdı. Təkcə mitinq iştirakçıları deyil, uşaqlar, qadınlar və qocalar da xəsarət almışdılar.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyir ki, o, bütün bunların şahidi olub və gördüyü mənzərələr çox dəhşətli idi. İndi də bir çox bakılı ailəsində faciənin əks-sədası hiss olunur. Ailələr var ki, onların üzvləri itkin düşüb və hələ də tapılmayıb. Çoxlu əlil də var...
Mübaliğəsiz demək olar ki, 20 Yanvar faciəsi öz miqyasına, xarakterinə və mahiyyətinə görə görünməmiş cinayət idi. Azərbaycanın lideri Heydər Əliyev həmin günlər Moskvada yaşayırdı. Faciədən bir gün sonra o, ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib və kəskin bəyanatla çıxış edərək milli məsələlərin güc vasitəsilə həlli cəhdlərini pisləyib. Məhz o, xalqına sədaqət, cəsarət və mətanət nümayiş etdirərək xalqına tutulan divan haqqında bütün dünyaya məlumat verib.
Qeyd etmək lazımdır ki, həmin vaxt bu, çox mərd və cəsarətli addım idi: əslində, Heydər Əliyev təkcə siyasi karyerasını deyil, bəlkə də azadlığını və ailəsinin həyatını riskə məruz qoymuşdu.
Xoşbəxtlikdən, həmin münaqişə uzun sürmədi. Bu gün hüznlü tarixi xatırlayaraq və hərbi əməliyyatların günahsız qurbanlarının xatirəsini ehtiramla yad edərək yalnız kədərdən deyil, ümiddən də danışmaq olar. Heydər Əliyevin bir vaxtlar söylədiyi kimi, Azərbaycan xalqı həmin faciəli gündə öz əziz insanlarını itirsə də, öz şərəf və ləyaqətini qoruya bildi. Sübut etdi ki, onun iradəsini sındırmaq mümkün deyil. Artıq Azərbaycan Respublikası suverenlik qazanıb, müstəqil dövlət olub, lakin milli münaqişələrin qurbanlarının xatirəsi yaşayır və daim yaşayacaq.
Müəllif yazır ki, “Qara Yanvar” qurbanlarının xatirəsi sayı 300 min nəfəri ötən Azərbaycan diasporunun olduğu Peterburqda da əziz tutulur. Peterburqlular azərbaycanlıları yaxşı alim, həkim, inşaatçı, həmçinin şəhər həyatının müxtəlif sahələrində fəaliyyət göstərən yüksəkixtisaslı mütəxəssislər kimi tanıyırlar. Əlbəttə, şəhər sakinləri ötən günlərin faciəli hadisələrinə biganə qala bilməzlər.




 
Bölməyə aid digər xəbərlər
20.02.2018
Nazarbayev latın qrafikalı əlifbanın yeni versiyasını təsdiqləyib
20.02.2018
“News.am”: “Rusiya erməni miqrantlar üçün ən əhəmiyyətli ölkə olaraq qalır”
20.02.2018
STP Tacikistanın Ravşan yarımstansiyasını kabellərlə təchiz edəcək
20.02.2018
“YPG-yə dəstək üçün gələnlər olsa, o zaman heç kim bizim qarşımızı ala bilməz»
20.02.2018
Nazarbayev fərman imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8446

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info