20 Yanvar faciəsinin ildönümü Aktauda qeyd edilib
Tarix: 20.01.2018 | Saat: 14:03:00 | E-mail | Çapa göndər
Azərbaycanın Aktaudakı baş konsulluğu Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyəti ilə birgə 20 Yanvar şəhidlərinin anım mərasimini keçirib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Cəmiyyətin üzvləri ilə yanaşı, Aktauda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, Qazaxıstan Xalqları Milli Assambleyasının Manqistau vilayəti üzrə rəhbərliyi və digər ölkələrin diaspor təşkilatlarının təmsilçiləri, Aktau Şəhər Maslixatının deputatları, ictimaiyyətin nümayəndələri, Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyasının (ABİA), yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər.
İştirakçılar 20 Yanvar şəhidlərinin xatirəsinə yaradılan fotokompozisiya baxıb, simfonik musiqi dinləyiblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Manqistau vilayətindəki azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyətinin sədri, Aktau Şəhər Maslixatının deputatı Şəmsəddin Hüseynov çıxış edib.
Sonra Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin başvermə səbəblərindən danışıb. O, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib. Diplomat ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından söhbət açıb, bunun nəticəsində Azərbaycanda misli görünməmiş faciənin baş verdiyini bildirib. O, faciəyə yalnız ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.
Daha sonra Türkiyə Respublikasının Aktau şəhərindəki baş konsulu Korhan Kürgeri, Türkmənistanın Aktau şəhərindəki konsulu Mühamednur Ovezov, Qazaxıstan Xalqları Milli Assambleyasının Manqistau vilayəti üzrə milli mədəni cəmiyyətlərinin sədri Yusup Şaxşayev, professor Yusif Quliyev çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu qeyd ediblər.
Çıxışlardan sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib
Rəsmi hissədən sonra azərbaycanlı iş adamları tərəfindən təşkil olunmuş ehsan süfrəsi açılıb, dualar oxunub. Ehsan payları, həmçinin Aktau şəhərində yaşayan aztəminatlı ailələrə verilib.




 
Bölməyə aid digər xəbərlər
21.05.2018
“Star” zavodu üçün ilk neft Azərbaycandan göndəriləcək
21.05.2018
Serbiya Prezidenti: “Serbiya Azərbaycan üçün dost ölkədir” (Yenilənib)
21.05.2018
Mirzə Baxış Nadimin “Seçilmiş əsərləri” ictimaiyyətə təqdim olunub
21.05.2018
Stolüstü tennis üzrə liqa yarışları başa çatıb
21.05.2018
Tələbələrimiz Qazaxıstanda AXC-nin yubileyi ilə bağlı tədbir keçiriblər

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9291

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
4 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
5 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info