Ermənilərin müharibə xofu
Tarix: 21.01.2018 | Saat: 02:29:00 | E-mail | Çapa göndər


Rusiya tərəfindən Azərbaycana yeni silahların göndərilməsi ermənilərə yaman yer eləyib

“Rusiyanın Ermənistana qarşı nümayiş etdirdiyi münasibət sadəcə, yolverilməzdir: Moskva bu gün də Azərbaycana silah tədarük etməkdə davam edir”.
Bunu “Panorama.am” saytına erməni beynəlxalq əlaqələr və təhlükəsizlik institutunun təsisçisi, politoloq Stepan Səfəryan Rusiya tərəfindən Azərbaycana yeni silah göndərilməsinə dair son müqaviləyə istinadən bildirib. Erməni ekspertin sözlərinə görə, Mockvanın bu addımı Ermənistan-Rusiya münasibətlərinə böyük zərbə vuracaq: “Kreml zamanla erməni tərəfinin səsləndirdiyi tənqidlərin artacağını başa düşməli və gələcəkdə Ermənistanı günahlandırmaq üçün hər hansı bir səbəbi olmayacağını anlamalıdır. Nəhayət ki, Moskva öz strateji müttəfiqləri ilə münasibətlərin qurulmasını müəyyənləşdirməlidir. Əks halda o Ermənistanı itirə bilər” –deyə Səfəryan bildirib.
Ötən ilin Aprel müharibəsindən sonar Ermənistan-Rusiya münasibətlərində yaranan gərginliyi xatırladan erməni politoloq Rusiya ilə Azərbaycan arasındakı hərbi-texniki əməkdaşlıq kontekstində bəzi aravermə yaşandığını bildirir. Amma bu aravermənin məhz Rusiya tərəfindən aradan qaldırılaraq, Azərbaycana yeni həbi texnika satmasını Səfəryan təhlükəli bir işarə kimi dəyərləndirir: “Görünür, Rusiya qarşısına özünün bütün dostlarını itirmək məqsədi qoydu. Əgər Moskva bunu arzulayırsa, deməli doğru yoldadır. Amma Moskva unudur ki, Ermənistan xarici siyasət sahəsində, hətta öz maraqlarına qarşı olsa belə həmişə Rusiyaya həmrəylik ifadə edən bir neçə ölkədən biridir”. Bunu da Səfəryan deyir.
“Biz, Rusiyanın Ermənistanın siyasi həyatındakı rolu və tərəfdaşlıq münasibətlərini nəzərə alınaraq fədakarlıqlar nümayiş etdiririk. Buna cavab olaraq, Rusiya bizimlə dəyərsiz və nankor tərəfdaş kimi davranır. Bu, sadəcə, qəbuledilməz bir davranışdır”. –deyən politoloq Rusiyanın Azərbaycana silah satışını Ermənistana qarşı hərbi əməliyyatlara başlamaq üçün dolayı icazə hesab edir.
Agasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
22.10.2018
Azərbaycanın media təmsilçilərinin Gürcüstana səfəri uğurlu nəticələrlə yekunlaşıb
22.10.2018
“Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumu keçirilir
22.10.2018
Leyla İmanova Macarıstan prezidentinin “Qızıl xaç” ordeni ilə təltif edildi
22.10.2018
Rusiya ilə Ermənistan arasında böhran davam edir
21.10.2018
Erməni hakimiyyəti altındakı yeni bir “bomba”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10302

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info