Kabildə otelə hücum nəticəsində 35 nəfər ölüb və yaralanıb
Tarix: 21.01.2018 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Əfqanıstanın paytaxtı Kabildə silahlıların “Intercontinental Hotel” mehmanxanasına hücumu nəticəsində 35 nəfər ölüb və yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil. Məlumata görə, hücum edənlərdən biri məhv edilib. Otelin ikinci mərtəbəsində güclü yanğın baş verib.
Məlumata görə, üzərilərində partlayıcı qurğuların olduğu dörd terrorçu otelə hücum edərək bir qrup şəxsi girov götürüblər. Daha sonra silahlılar və binanı mühasirəyə almış polis əməkdaşları arasında atışma olub.
Binada hələ də üç terrorçunun olduğu bildirilir. Turistlərin və otel işçilərinin bir qismi binadan təxliyə edilib.
Yerli sakinlər hadisə yerində bir neçə partlayışın baş verdiyini bildiriblər.
Qeyd edək ki, “Intercontinental Hotel” bundan əvvəl 2011-ci ildə hücuma məruz qalıb, o zaman 12 nəfər ölmüşdü. Xüsusi əməliyyat zamanı terrorçuların hamısı məhv edilmişdi.







 
Bölməyə aid digər xəbərlər
19.08.2018
İndoneziyada 6,9 bal gücündə zəlzələ baş verib
19.08.2018
Çində “Rumbiya” qasırğası nəticəsində 7 nəfər ölüb, 18 nəfər yaralanıb
19.08.2018
Sakit okeanda Fici adaları yaxınlığında 8,2 bal gücündə zəlzələ baş verib
18.08.2018
Kanadada təyyarə qəzası
17.08.2018
Hindistanda daşqın qurbanlarının sayı 300 nəfəri ötüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9902

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info