Uşaq hüquqlarının qorunması ilə bağlı strateji plan hazırlanıb
Tarix: 22.05.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Biznes qurumları uşaq əməyinin istismarının aradan qaldırılmasına, uşaqlar üçün təhlükəsiz qida istehsalına diqqəti artırmalıdır

Milli Məclisdə Azərbaycan parlamenti və UNİCEF-in birgə təşkilatçılığı ilə “Uşaq hüquqları və biznes prinsipləri” mövzusunda “dəyirmi masa” keçirilib. Milli Məclisin deputatlarının, beynəlxalq qurumların və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbiri Milli Məclis sədrinin müavini Bahar Muradova açaraq Azərbaycanda uşaq hüquqları sahəsində həyata keçirilən islahatlardan danışıb. Bildirilib ki, Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində UNİCEF-lə çox geniş əməkdaşlığa malikdir. Uşaqların hüquqlarına hörmətlə yanaşmaq, onların sağlamlığı, təhsili, təhlükəsizliyi məsələlərinə diqqət yetirmək hər bir dövlətin vəzifəsidir. Azərbaycan da bu sahədə xeyli nailiyyətlərə imza atıb.

Qeyd edilib ki, ölkəmizdə uşaqlar dövlət və cəmiyyət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunurlar. Uşaq hüquqlarının həyata keçirilməsi istiqamətində görülən işlərə Azərbaycan parlamenti də öz səlahiyyəti çərçivəsində dəstək verir. Bu gün ölkəmizdə uşaq hüquqları sahəsində ən müasir qanunvericilik bazası formalaşıb. Bütövlükdə Azərbaycan qanunvericiliyi bütün vətəndaşlar kimi, uşaqların da hüquq və azadlıqları üçün təminatları nəzərdə tutur. O cümlədən yetim və ya valideyn himayəsindən məhrum olmuş, əlil uşaqların, müxtəlif səbəblər nəticəsində yararsız həyat şəraitinə məruz qalmış uşaqların müdafiəsini gücləndirir.
B.Muradova daha sonra deyib: “Biznes qurumları da öz növbəsində uşaq əməyinin istismarının aradan qaldırılması məsələlərinə, uşaqlar üçün təhlükəsiz qida istehsalına diqqəti artırmalıdır. Azərbaycan o ölkələrdəndir ki, uşaq əməyinin vəziyyəti bir sıra inkişaf etmiş ölkələrdən yaxşıdır. Lakin yenə də bəzi problemlər qalmaqdadır. Xüsusən uşaq əməyinin istismarı halları müşahidə edilir ki, bununla daha çox valideyn himayəsindən məhrum olan uşaqlar üzləşirlər. Ona görə də hesab edirik ki, sahibkarlar dövlətin və cəmiyyətin bu istiqamətdə səylərinə dəstək verməli, uşaqların təhlükəsiz yaşamasına, fövqəladə hallarda, müharibə vəziyyətində uşaq hüquqlarının gerçəkləşməsinə yardımçı olmalıdırlar”.
UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevar deyib ki, Azərbaycan dövləti uşaqların ölkənin inkişafındakı potensialını dərk edir. Bu səbəbdən də Azərbaycan hökuməti Uşaq Hüquqları Konvensiyasını imzalayıb, parlament isə onu ratifikasiya edib.
Bildirilib ki, uşaqların hüquqlarının tapdanması gələcəkdə onların həyatına və bütövlükdə cəmiyyətə mənfi təsir göstərə bilər.
Uşaqlar biznesdə həm istehlakçı, həm işçilərin ailə üzvü, həm də gələcək işçi olaraq xüsusi əhəmiyyət kəsb edir. Odur ki, biznes strukturları öz fəaliyyətlərini həyata keçirərkən uşaq hüquqlarına və uşaq həyatına necə təsir göstərdiklərini nəzərə almalıdırlar. Uşaqların gündəlik həyatında, eyni zamanda onların gələcəyinə köklənən strateji proqramların işlənib hazırlanmasında da biznes strukturlarının rolu artırılmalıdır. Biznes yalnız düzgün istiqamətə yönəldiyi halda uşaq həyatına müsbət təsir göstərə bilər.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxışında bildirib ki, bu gün dünyada insan alverinə qarşı mübarizə, insan hüquqları, uşaq əməyi istiqamətində həyata keçirilən layihələr hamımızın gələcəyi olan uşaqların həyatında müstəsna rol oynayır. Dünyada baş verən qlobal maliyyə böhranından ən çox əziyyət çəkən uşaqlardır. Azərbaycan dövləti bu və digər problemlərin həlli ilə bağlı strateji planlar hazırlayıb. Yoxsulluq səviyyəsinin azaldılması, yeni iş yerlərinin açılması, regionların sosial-iqtisadi inkişafı bu planın tərkib hissəsidir. Bu layihələrin həyata keçirilməsində uşaq hüquqlarına xüsusi diqqət yetirilir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dünyada və Azərbaycanda uşaq hüquqları ilə bağlı cərəyan edən proseslərdən danışıb, ölkəmizdə uşaq hüquqlarının müdafiəsinə geniş diqqət yetirildiyini bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı Səttar Mehbalıyev, beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri “dəyirmi masa”da çıxış edərək uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışmış, təqdimatlar etmişlər.
Çıxışlarda uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət, hökumət və qanunverici orqanlarla yanaşı, qeyri-hökumət təşkilatlarının, sivil toplumun, vətəndaş cəmiyyətinin rolu xüsusi vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info