37,5 km uzunluğu olan avtomobil yolunun tikintisinə başlanılıb
Tarix: 22.01.2018 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi işlərinə başlanılıb.
 
Agentlikdən verilən məlumata görə, 37,5 km uzunluğu olan sözügedən avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
 
Layihə çərçivəsində Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun yararsız qruntu qazılaraq çıxarılır, yeni yatağın inşası üçün təqribən 30 km-lik məsafədən xüsusi çınqıl materialı gətirilir. Yol yatağının inşası yekunlaşmış hissələrdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.
 
Bu işlərə paralel olaraq yol boyu süni qurğuların inşası aparılır. Belə ki, yolun altından suların ötürülməsi üçün artıq müxtəlif diametrli 25 ədəd borunun, həmçinin 12 və 18 metr uzunluqlara malik avtomobil körpülərinin inşası işləri yekunlaşıb. Yeni suötürücü boruların tikintisi və daha 1 ədəd 12 metrlik körpünün inşası istiqamətində işlər davam etdirilir.
 
Torpaq işləri bitəndən sonra yolun 220 min kvadratmetrdən çox hissəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllıqla aparılan tikinti işləri yol boyu yerləşən 7 yaşayış məntəqəsinin 23 min nəfər əhalisinin ürəyincədir. Çünki əsasən qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları problemlər artıq geridə qalır.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info