“Peşə təhsilində Türkiyə təcrübəsindən yararlanacağıq”
Tarix: 22.05.2013 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


Azərbaycan ilə Türkiyə arasında diplomlar məsələsində heç bir
problem qalmayacaq


Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Türkiyənin milli təhsil naziri Nəbi Avcı Bakıda bir araya gələrək təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq məsələsini müzakirə ediblər. Nazirlər təhsil sahəsində əlaqələrin institusional strukturunu daha da gücləndirmək məqsədilə “Təhsil Sahəsində Əməkdaşlıq Haqqında Saziş” üzrə danışıqlar prosesinin sürətləndirilməsi istiqamətində razılığa gəliblər.
Mikayıl Cabbarov mətbuat konfransında deyib ki, bu cür fikir mübadiləsi tələbələrə və ali təhsil müəssisələrinə öz müsbət təsirini göstərəcək. O, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində görüləcək işlərlə bağlı planlar barədə müəyyən razılıq əldə olunduğunu da bildirib. Nazir məktəbəqədər tədris prosesi, orta məktəb, peşə təhsili sahəsində Türkiyənin təcrübəsinin öyrəniləcəyini qeyd edib.
Mikayıl Cabbarov deyib ki, Azərbaycanda peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyac getdikcə artır: “Azərbaycanda peşə təhsili sahəsində istifadə olunmamış böyük bir potensial var. Sirr deyil ki, Azərbaycanda peşə təhsili sahəsində istifadə olunmamış böyük bir potensial var. Dövlətimizin iqtisadiyyatı getdikcə inkişaf edir, yeni iş yerləri və sahələr yaradılır. Peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyac getdikcə artır. Amma müasir məzmunlu tədris prosesi peşə təhsilinin adının, sadəcə, diplomda yazılmasını nəzərdə tutmur". M.Cabbarov bildirib ki, Türkiyənin təhsil naziri ilə keçirdiyi görüşdə də peşə təhsili sahəsində tədris prosesinə yanaşma, tədris prosesinin təşkili, peşə təhsilinin iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması məsələləri müzakirə edilib. Türkiyənin bu sahədəki təcrübəsi öyrənilib. M.Cabbarov hesab edir ki, peşə təhsilində tədris prosesinin yaxşı qurulması, bu sahədə özəl sektorlarla təhsil sahələri arasında mövcud ola bilən mexanizmlərin tətbiqi sahəsində də Türkiyənin təcrübəsi də böyükdür. Buna görə də gələcəkdə Azərbaycan bu prosesin düzgün qurulması üçün Türkiyənin təcrübəsindən yararlanacaq.
Nəbi Avcı mətbuat konfransında bildirib ki, bəzi firmalar Azərbaycandan Türkiyəyə təhsil almaq üçün getmək istəyən gənclərə düzgün olmayan məlumatlar verir: “Bəzi mövcud olmayan universitet ixtisasları üçün tələbələrə yalançı vədlər verirlər. Azərbaycandan Türkiyəyə gəlmək istəyən tələbələr Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edəcəkləri təqdirdə ziyan görməyəcək. Fəaliyyəti bəlli olmayan vasitəçi qurumlara etibar edilməməlidir. Türkiyədəki universitetlərə qəbulla bağlı internetlə müraciət artıq mümkün olduğu üçün ya birbaşa onların özlərinə, ya da Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etməklə daha etibarlı məlumatlar ala bilərlər. Türkiyə Azərbaycandan oxumağa gələn azərbaycanlı gənclərin burada hər hansı bir problemlə üzləşməsini istəmir. Bunun üçün azərbaycanlı gənclərin Türkiyəyə oxumağa ən yaxşı və etibarlı yollarla gəlmələrini arzulayırıq. Azərbaycanlı gənclərin Türkiyə universitetlərində təhsil almalarından çox şadıq”. Qonaq nazir bildirib ki, gələcəkdə Azərbaycanla Türkiyə arasında diplomların qarşılıqlı tanınması məsələsində heç bir problem qalmayacaq. Qarşılıqlı tələbə mübadiləsinin davam edəcəyini deyən türkiyəli nazirin sözlərinə görə, hazırda Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana gedəcək tələbələrin və onların təhsil aldıqları ixtisasların sayının artırılması üçün iş aparılır. Avçı deyib ki, "Mövlanə Mübadilə Proqramı" növbəti illərdə Qafqaz Universitetləri Birliyinə üzv olan ölkələr arasında da həyata keçiriləcək. Bu proqram çərçivəsində tələbə və müəllimlərin qarşılıqlı mübadiləsi daha da yaxşılaşacaq.
İlkin




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info