“ABAD”ın dəstəyi ilə istehsalı artırmağı düşünürük”
Tarix: 22.01.2018 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


“ABAD”ın dəstək göstərdiyi Balakən rayonunun sakini Əlixan Əliyevin ailəsi uzun illərdir ki, cem və mürəbbə istehsalı ilə məşğul olur. Ailə indiyədək hazırladığı məhsulların bir hissəsini öz tələbatları üçün istifadə edib, qalan hissəsini isə yerli bazarda satışa çıxarıb.
Əlixan Əliyev cem və mürəbbə istehsalı üzrə ailə biznesini inkişaf etdirmək, böyük bazarlara, ticarət şəbəkələrinə, supermarketlərə çıxış əldə etmək üçün “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulmaq qərarına gəlib. İstehsalçının müraciəti qurum tərəfindən müsbət qarşılanıb. O, artıq bir ildir ki, “ABAD”la əməkdaşlıq edir.
Balakənli istehsalçı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Əvvəllər cem və mürəbbələri ev şəraitində kustar üsulla hazırlayırdıq. “ABAD” ailəmizi içərisində zəruri istehsal avadanlığı olan monoblok-konteynerlə təmin etdi. İndi işimiz xeyli asanlaşıb. İstehsal etdiyimiz məhsulu “Yay səbəti” brendi altında satışa çıxarırıq. Əsasən, zoğal, ərik, albalı, böyürtkən mürəbbələri, armud və əncir cemləri istehsal olunur. Mürəbbə və cemlərin hazırlanmasında öz bağımızdan topladığımız meyvələrdən istifadə edirik. Heç bir qatqısız, tam təbii olan bu məhsullar özünəməxsus dadı ilə seçilir. Məhsullarımız müvafiq uyğunluq və gigiyena sertifikatlaşdırmasından da keçib”.
Əlixan Əliyev gələcəkdə bazara çıxarılacaq məhsulların çeşidini artırmaqla biznesini daha da genişləndirməyi düşünür. Balakənli istehsalçı bu işdə “ABAD”ın dəstəyinə güvənir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info