“Bakcell” şirkəti “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb
Tarix: 22.01.2018 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti  “Applab” proqramında iştirak etmək üçün müraciətlərin qeydiyyatını başa çatdırıb.
2017-ci ilin 15 dekabr tarixindən 15 yanvar 2018-ci il tarixinə qədər davam etmiş növbəti qeydiyyat mərhələsində “müxtəlif İT” və “mobil əlavələr” kateqoriyalarına aid 32 layihə proqramda iştirak üçün müraciət edib. İlkin seçim mərhələsindən keçən konsepsiyaların müəllifləri “Bakcell” şirkətinin rəhbərliyi, potensial investorlar, “AppLab” proqramının məzunları və İT sahəsi üzrə ekspertlərdən ibarət “AppLab” Komissiyasının qarşısında öz ideyalarını təqdim etmək üçün dəvət olunacaqlar. Həmin komitənin qərarına əsasən, ən uğurlu layihələrin müəllifləri “AppLab” İnkubasiya Mərkəzinin geniş imkanlarından istifadə etmək imkanı qazanacaqlar. 
Qeyd edək ki, 2018-ci ilin fevral ayından başlayaraq seçilmiş komandalar “AppLab” İnkubasiya Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlana biləcəklər. “Bakcell”in və “AppLab” proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarlarında rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərinə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edəcək.
 “AppLab”  proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq  və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən  dəstək alırlar. Şirkət isə öz növbəsində daha çox maraqlı startapların, proqram tərtibatçılarının və qrupların üzə çıxarılmasına, onların istedadlarını nümayiş etdirməsinə, ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya mənbələri tapmalarına kömək etməyə çalışır. “AppLab” mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
“Bakcell” şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməkdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info