BANM-in tələbələri təhlükəsizlik təlimlərində
Tarix: 22.01.2018 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşkil etdiyi “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” mövzusunda kursda iştirak ediblər. BANM-dən bildiriblər ki, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) “Dənizdə insan həyatının mühafizəsi” üzrə təlim mərkəzində keçirilən kurslara ali məktəbin neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə təhsil alan 128 nəfər birinci kurs tələbəsi cəlb olunub. Təlimlər nəzəri və praktik hissələrdən ibarət olub. Nəzəri hissədə tələbələr dənizdə işləyən neftçilər və gəmi heyət üzvləri üçün sağqalma metodikası, fərdi xilasetmə vasitələrindən istifadə qaydaları ilə tanış olublar. Həmçinin onlar təlimlər zamanı dəniz platformalarının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq və yanğından mühafizə üzrə ilkin yanğınsöndürmə vasitələrindən istifadə barədə məlumatlandırılıblar. Praktik hissədə isə tələbələr yuxarıda sadalanan qaydaların tətbiqini reallaşdırıblar. Təlim mərkəzində tələbələrə, həmçinin üzgüçülük dərsləri də keçirilib. Qeyd edək ki, BANM və TTSİ arasında əməkdaşlıq haqqında müqaviləyə əsasən reallaşdırılan təlimlər beynəlxalq standartlara uyğun və Azərbaycanın qoşulduğu konvensiyaların tələbləri çərçivəsində həyata keçirilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Türkiyədə ən çox daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarıdır
17.06.2019
Baş Prokurorluq və DİN rəsmi məlumat yayıb
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info