Davosda Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat olacaq
Tarix: 22.01.2018 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Yanvarın 23-də İsveçrənin Davos şəhərində Bakının “Ekspo-2025” (World Expo 2025) Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi ilə əlaqədar təqdimat keçiriləcək. Rrəsmi təqdimat "Bakı Ekspo-2025" Hədəf Qrupunun rəhbəri Elçin Əmirbəyov tərəfindən həyata keçiriləcək. E.Əmirbəyov Bakının Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi barədə məlumat verəcək. E.Əmirbəyov təqdimatla bağlı bildirib: "Biz "Bakı Ekspo-2025" təqdimat mərasimini biznes və siyasət dünyasından 2500-dən çox liderin toplaşdığı Davos Dünya İqtisadi Forumunda keçirməkdən çox məmnunuq". Azərbaycanın “Ekspo-2025” üzrə təqdim etdiyi mövzu - "İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq" adlanır. Əlavə olaraq təqdim edilən üç alt mövzu - İstedad, Sağlamlıq və Nailiyyət - Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəlidir. "Bakı Ekspo-2025" cəmiyyətin hər bir sahəsinin insan intellektindən yararlanmasına və faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə mühüm şərait yaradacaq. Qeyd edək ki, Yekaterinburq və Osaka şəhərləri “Ekspo-2025” Ümumdünya Universal Sərgisini keçirmək uğrunda mübarizədə Bakının rəqibidir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info