“Onları ziyarət edəndə çox sevindilər”
Tarix: 22.01.2018 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Türkiyədə yaşayan bir qrup azərbaycanlı bu ölkədə müalicə alan qazilərimizə baş çəkiblər. Ləman Süleymanlı öz təəssüratlarını bizlə bölüşüb:
“Mən Qoşqarı ilk dəfə yayda, yatdığı Gülhanə xəstəxanasında Nurlana Bəhramlı ilə ziyarət etmişdik. Həm Qoşqar sevinmişdi həm də biz. Çünki onlar-qazilər başqa ölkədə müalicə alırlar. Türkiyə nə qədər qardaş ölkə olsa da yenə də ailədən uzaqda qalmaq, müailicə almağın özü qəribçilikdir. Bütün günü xəstəxana, həkimləri görürsən. Yanında qalan qardaşınla nə qədər danışsan da söz bitir. Bizi gördükdə isə ən azından qısa müddətdə də olsa ağrılarını unudaraq əhval-ruhiyyələri dəyişir. İnanın orada olduğumuz anlar elə sürətlə gəlib keçir ki, günümüz necə başlayır, necə bitir anlatmaq çətindi. Biz o zaman söz verdik ki, yenə gələcəyik və aradan nxeyli zaman keçdikdən sonra İzmirdə yaşayan bir xanımın sayəsində bildik ki, Razi Cavadov da (Rembo ləqəbli) əməliyyata gəlib. Mən də sosial media qrupunda çağırış etdim. Səsimə hərzamankı, kimi ilk Nurlana Bəhramlı cavab verdi. Daha sonra Vəfa xanım Əhməd bəylə bərabər, Gülsüm xanım və qızı Aynur, Pərvin xanım səsimə səs verdilər. Beləliklə biz bir yerə toplanıb getdik. Təsəvvür edə bilməzsiniz ki, onlar bizi gördükdə necə sevinirdilər. Biz isə onlardan da çox sevindik, həm də fəxr edirdik –qarşımızda canlı əfsanələr var idi. Az da olsa onlara mənəvi dəstək ola bildiksə nə mutlu bizə”.
Ləman xanım deyir ki, Qoşqar Hacıyev Qarabağda döyüşlərin birində sağ gözündən güllə yarası alıb və sağ gözünü itirib. Çoxsaylı əməliyatlar nəticəsində həyatda qalmağı bacarıb. Hazırda başında 70-dən artıq qəlpə var, aldığı xəsarətdən sorna başının sağ tərəfinin kəllə sümüyü kəsilib. Bunun nəticəsində sol tərəfi hərəkətsiz hala gəlib. O 11 aydır Türkiyədə müalicə alır, çoxsaylı əməliyatlar keçirib.1 ay öncə kəllə sümüyü yerləşdirilib.
Cavadov Razi Vidadi oğlunun atası Vidadi Cavadov da Qarabağ müharibəsində vuruşub. Razi atası kimi uşaqlıqdan tankçı olmaq istəyib və 2016-cı ildə Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə başından yaralanıb. Onu da qeyd edim ki, Raziyə “Rembo” ləqəbi verilib. Qəlpə Razinin gözündən girib başından çıxıb. Razi indi Gülhanədə əməliyyatını gözləyir. Razinin 3, Qoşqarın 1 övladı var.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info