Fondun 2017-ci ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib
Tarix: 22.01.2018 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Novruz bayramı münasibətilə növbəti fərdi jurnalist yazıları müsabiqəsi elan edilib

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. İclasda hesabat məruzəsi ilə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli 2017-ci ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələrin diqqət mərkəzində saxlanıldığını bildirib. V.Səfərli mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verib. İcraçı direktor, Fondun 2017-ci ildə gündəlik, günaşırı və həftəlik nəşr olunan 33 qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 6.000 səhifədən çox yazının dərc edildiyini bildirib.
Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Fond tərəfindən bu məqsədlə 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, Fond il ərzində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 3 əlavə müsabiqə keçirib. Ümumilikdə, 2017-ci ildə keçirilmiş 6 müsabiqədə 609 nəfər iştirak edib, onlardan 374 nəfəri qalib olaraq mükafatlandırılıb. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunduğunu xatırladan V.Səfərli bununla əlaqədar Fondun dini icmaların və KİV nümayəndələrinin iştirakı ilə aprel ayında Lənkəran, sentyabr ayında Xaçmaz şəhərlərində "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfranslar keçirdiyini qeyd edib.
V.Səfərli həmçinin bildirib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi tədbirləri çərçivəsində Fond 2017-ci ilin may ayında Naxçıvan MR-in Naxçıvan şəhərində "Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçirib və 20 nəfər baş redaktordan ibarət nümayəndə heyətinin Muxtar Respublikaya səfərini təşkil edib. Eyni zamanda Fondun təşkilatçılığı ilə dekabr ayında 15 nəfər KİV rəhbərindən ibarət nümayəndə heyəti İstanbul şəhərində işgüzar səfərdə olub. Çıxışını davam etdirən V.Səfərli Fondun 2017-ci ildə "Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələri maliyyələşdirdiyini, hər üç layihə üzrə aparılmış monitorinqlər zamanı media və teleradio məkanının dil problemlərinin araşdırıldığını və müvafiq təkliflərin irəli sürüldüyünü vurğulayıb.
Fondun redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyini davam etdirdiyini deyən V.Səfərli ötən il keçirilmiş digər layihə və tədbirlər barədə də ətraflı məlumat verib.
Sonra hesabat ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov, üzvlərdən - Cəmaləddin Quliyev, Ramiz Əskər, Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Ayaz Mirzəyev çıxış edərək Fondun 2017-ci ildəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib.
İclasda ikinci məsələ kimi Fondun 2018-ci il üçün Tədbirlər Planı müzakirə olunub. 2018-ci ilin respublikamızda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunduğunu deyən V.Səfərli hazırlanmış Tədbirlər Planında bunun nəzərə alındığını vurğulayıb. Tədbirlər Planı Müşahidə Şurasının üzvləri tərəfindən irəli sürülmüş bir sıra səmərəli təkliflər nəzərə alınmaqla təsdiq edilib. Gündəliyə müvafiq olaraq iclasda, həmçinin Fondun Novruz bayramı münasibətilə keçirəcəyi fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirə olunub. Müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə, 2018-ci il yanvarın 22-dən martın 6-dək keçirilməsi qərara alınıb. İclasda, həmçinin Fondun 2018-ci il üçün ekspertlərinin siyahısı müzakirə olunaraq təsdiq edilib. Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info