“Həzi Aslanovun şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək”
Tarix: 22.01.2018 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəsil üçün vətənpərvərlik nümunəsi olacaq. Azərbaycan xalqının yetiştirdiyi ən böyük sərkərdələrdən biri olan Həzi Aslanovun adı həmişə qədirbilən xalqımız və dövlətimiz tərəfindən əziz tutulub.
AZƏRTAC xəbər verir ki, bu fikir yanvarın 22-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 108-ci ildönümünə həsr edilən “Yaddaşlarda yaşayan Həzi” mövzusunda tədbirdə səsləndirilib.
Tədbirdə “Həzi Əhəd oğlu Aslanovun həyat və döyüş yolu” mövzusunda məruzə ilə çıxış edən AHTM-in rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə 1941-1945-ci illər Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu Həzi Aslanovun qəhrəmanlıq nümunələri ilə zəngin döyüş yolundan danışıb, onun şərəfli ömür yolunun gənclər üçün örnək olduğunu diqqətə çatdırıb.
Mərkəzi Zabitlər Evinin nəzdində Həzi Aslanov Muzeyinin direktoru Zəminə Xınalı və digər çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının qəhrəman övladı, Böyük Vətən müharibəsinin əfsanəvi iştirakçılarından biri olan Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaş üçün nümunədir. 1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan qəhrəman həmyerlimiz komandanlıq etdiyi tank briqadası ilə Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanrok, Kursk və daha neçə-neçə şəhərin faşizmdən azad olunmasında fəal iştirak edib.
Tədbirdə Həzi Aslanov haqqında sənədli filim nümayiş olunub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info