“Milli sahibkarlığın inkişafı üçün hüquqi mexanizmlər işlək və əlverişli olmalıdır”
Tarix: 22.01.2018 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Ekspert: “Sahibkarlığın inkişafı üçün hüquqi mexanizmlərin işlək və əlverişli olması, onlara yaradılan iqtisadi imkanlar qədər vacibdir”

Hüquq üzrə fəlsəfə doktoru, "AtaBank" ASC-nin İdarə Heyəti sədrinin müavini, ekspert Səbuhi Əliyevin sözlərinə görə, ölkədə sahibkarlığın formalaşması və fəaliyyəti üzrə ali qanun olan Konstitusiya və ona uyğun qəbul edilmiş sahibkarlıq fəaliyyətinə dair xüsusi qanun və digər kompleks normativ hüquqi aktlar mövcuddur. Bu hal baza prinsipi etibarilə çox vacib və əhəmiyyətlidir. Lakin artıq bütün istiqamətlərdə formalaşan, müasir bilik və bacarıqlara, imkanlara malik milli sahibkarlığın inkişafı üçün hüquqi mexanizmlərin işlək və əlverişli olması, onlara yaradılan iqtisadi imkanlar qədər vacibdir:
“Bildiyiniz kimi, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamına uyğun olaraq, demək olar ki, bütövlükdə inkişafımızı təmin edəcək, təhlilləri, istiqamətləri və öhdəlikləri özündə birləşdirən yol xəritələri təsdiq edilib. Gələcəyə hesablanmış bu əhatəli sənədlərdə xüsusilə diqqəti çəkən məqam, məsələlərin hüquqi tənzimlənməsinin, xüsusilə də investorların, kreditorların hüquqlarının real olaraq qorunmasının, ümumilikdə biznes mühitinin əlverişli və ədalətli hüquqi mexanizmlərlə təmin edilməsinin vacib olmasının vurğulanmasıdır.
Bu çərçivədə qəbul edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə kreditorların, xüsusilə də iri sahibkarlıq subyekti olan bankların üzləşdiyi hüquqi problemlərə, bank-məhkəmə münasibətlərinə toxunulur. Haqlı olaraq bildirilir ki, qeyri-işlək aktivlərin həcminin azaldılmasının ən mühüm vasitələrindən biri kreditorların hüquqlarının müdafiəsi və öhdəliklərin yerinə yetirilməsi üzrə işlək məhkəmə sistemi və icra mexanizminin olmasıdır”.
S.Əliyev bildirib ki, etiraf etmək lazımdır ki, bankları, ümumilikdə kreditorları təqib edən bu kimi hüquqi problemlər bir növ məhkəmə hakimiyyətinin təsirliliyinə kölgə salır, sahibkarın buna inamını azaldır və ayrı-ayrı şəxslərin məsuliyyətsizliyinə gətirib çıxarır. Elə bu kimi səbəblər məsələnin strateji xarakter daşımasını və tez bir zamanda həllinin davamlı təkmilləşdirilməsinin vacibliyini şərtləşdirib:
“Qəbul edilən sənədlərdə bankların ən çox üzləşdiyi və ən əsas hüquqi problem olan məhkəmə proseslərinin müxtəlif etirazlar vasitəsilə asanlıqla uzadılmasına toxunulur və bildirilir ki, borcalan satışa çıxarılan aktivlərin qiymətləndirilməsi ilə razı olmadığı təqdirdə əmlakın satılması üzrə hərrac dəfələrlə təxirə salına bilər. Bundan əlavə, məhkəmə işlərinin çox olması və son tarixlərin dəqiq müəyyən edilməməsi səbəbindən maliyyə məsələləri üzrə məhkəmə qərarlarının icrası gec həyata keçirilir. Bu şəraitdə məhkəmə icraçıları müəyyən işləri prioritetləşdirirlər ki, bu da digər işlərin icrasının qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur. Belə bir məqam da qeyd olunur ki, bütövlükdə, kreditorların hüquqlarının müdafiəsi mexanizmlərinin qənaətbəxş səviyyədə olmaması və məhkəmə qərarlarının icrasında intizamın nisbətən aşağı olması riskləri daha da artırmaqla, maliyyə institutlarının xərclərini yüksəldir. Tələbin təminata yönəldilməsi prosedurlarının uzun olması və bu prosesin nisbətən yüksək xərclər hesabına başa gəlməsi maliyyə vasitəçiliyini məhdudlaşdırır. Bu isə maliyyə məsələləri üzrə məhkəmə-hüquq infrastrukturunda bu vaxta qədər aparılan islahatların davam etdirilməsi və icra prosesinin təkmilləşdirilməsi, eləcə də qanunvericilik aktlarına yenidən baxılması istiqamətləri üzrə kompleks tədbirlərin həyata keçirilməsini zəruri edir.
Qeyd olunan yol xəritəsində hüquqi çərçivəyə yenidən baxılması, məhkəmə qərarları və icrası proseslərinin sürətləndirilməsi məqsədilə 2017-2018-ci illər ərzində məhkəmə qərarlarının icrasının diaqnostikası və təkmilləşdirmə istiqamətlərinin müəyyən edilməsi, kompleks həll yollarının müəyyənləşdirilməsi qərara alınıb”.
Ekspert hesab edir ki, kreditorlarla bağlı məhkəmə-icra problemlərinin aradan qaldırılması arzu edilən və qarşıya qoyulan bir strateji məsələ olsa da, qısa zamanda ona nail olunması gözlənilmir. Belə ki, 2017-ci ildə əsaslı dəyişiklik və müsbət nəticə müşahidə edilmədi. Cari ildə bu prosesin davam etdirilməsi nəzərdə tutulub. Problemin əsaslı şəkildə həll edilməsi üçün məhkəmə-icra sahəsində şəffaflıq, peşəkar kadr təminatı, zəruri olan maddi və digər əlavə resurslar təmin edilməlidir. Əsas odur ki, bu problemin aradan qaldırılması üzrə siyasi istək və təhlil olunmuş strategiya mövcuddur. İndi əsas gözlənti onun reallaşmasıdır. Bu ideyanın həyata keçirilməsi ümumilikdə məhkəmə sisteminin təkmilləşməsinə, xüsusilə məhkəmə qərarlarının icrasının təmin olunması yolu ilə məhkəmə nəzarətinin effektivliyinə daha da təkan verəcəkdir ki, bu da bankların, ümumilikdə kreditorların fəaliyyətinə olduqca müsbət təsir göstərəcək.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Azeri Light”ın bir barreli 82,21 dollara satılır
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info