Bakı Atatürk Liseyindən daha bir xeyirxah addım
Tarix: 22.01.2018 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Liseyin müəllim və şagirdləri tərəfindən “Qadın və uşaq sığınma evi”nə yardım edilib

Fəaliyyət göstərdiyi müddətdə bir sıra sosial layihələrin reallaşmasında da yaxından iştirak edən Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi növbəti xeyirxah addımı atıb. Belə ki, bu günlərdə liseyin müəllim və şagirdlərindən ibarət bir heyət “Qadın və uşaq sığınma evi”nə baş çəkib, oradakı insanlar üçün yardım aparıb.
Bu barədə məlumat verən liseyin müəllimi, sözügedən aksiyanın təşəbbüsçülərindən biri Türkanə Ağarzayeva deyib ki, məqsəd həm şagirdlərimizdə xeyirxahlıq hisslərinin aşılanmasına dəstək olmaq, həm də qayğıya, dəstəyə ehtyacı olan insanlara kömək əlimizi uzatmaqdır: “Beləliklə, qısa bir müddət ərzində müəllim və şagirdlərimiz tərəfindən həmin sığınacaqda məskunlaşmış qadın və uşaqlar üçün yardımlar toplandı. Və bu yardımı elə müəllim və şagirdlərimizdən ibarət bir qrupla aparıb “Qadın və uşaq sığınma evi”nə təqdim etdik”.
Türkanə Ağarzayeva onu da bildirib ki, sözügedən sığınacaq “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın təşəbbüsü ilə 2002-ci ildə yaradılıb. İlk vaxtlar Mehriban Zeynalovanın evində fəaliyyət göstərən sığınacaq üçün artıq özəl bir yer kirayələnib və hazırda buranın 40-a yaxın sakini var. Müxtəlif səbəblər ucbatından evsiz qalan, o cümlədən məişət zorakılığı qurbanı olan qadınlarla yanaşı uşaqların da qaldığı bu sığınacaqda onların minimal ehtiyaclarının ödənilməsi üçün imkan daxilində addımlar atılır. Belə ki, burada yaşayanlar tibbi yardım alır. Bundan başqa, bura gələn xanımlardan kiminsə təhsili yarımçıq qalıbsa, Təhsil Nazirliyinə müraciət olunur və onlar yenidən təhsillərinə davam edə bilirlər. Sığınacaqda məktəbə gedəcək yaşda uşaqlar da var. Onların dərsləri yarımçıq qalmır, sığınacağa yaxın yerdə məktəbə gedir və təhsillərini davam etdirirlər: “Bununla belə bəzən kommunal xərcləri ödəməkdə çətinlikləri olur. Ona görə də xeyirxah insanlardan xahiş edirik ki, bu sığınma evinə imkan daxilində yardım etsinlər. Öz növbəsində Bakı Atatürk Liseyi olaraq bundan sonra da sığınma evinə mütəmadi yardımlar edəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info