Hazırda ən fəal alınıb-satılan qiymətli kağızlar SOCAR istiqrazlarıdır
Tarix: 22.01.2018 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Son illərin hadisələri Azərbaycanın bank sisteminə olan etibarı sarsıtdı və nəticədə əhalinin banklardakı əmanətləri azaldı. Amma hər kəsə bəllidir ki, “yastıq altında yatan” pullar mənfəət gətirmir. Üstəlik, inflyasiyaya görə onlar ucuzlaşır da. Buna görə də hal-hazırda alternativ investisiya alətlərinin, xüsusilə də istiqrazların aktuallığı artır.
Bu gün istiqrazlar mürəkkəb və başa düşülməz hesab edilir. Buna baxmayaraq, bu bazar yatırımları şaxələndirmək və təmin olunmuş gəlir əldə etmək üçün böyük imkanlar yaradır.
İstiqrazlar və bank depozitləri mahiyətcə oxşardır. Hər iki halda investor kreditor qismində fəaliyyət göstərir və faizlə borc verir. Halbuki istiqrazlara qoyulan investisiyalar bir neçə üstünlüklərə malikdir. Birincisi, istiqrazlar daha sərfəlidir: Azərbaycanda xarici valyutada olan depozitlər üzrə orta faiz dərəcəsi 3% ətrafındadırsa, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dollar istiqrazları üzrə illik faiz dərəcəsi 5% təşkil edir. İkincisi, bank depozitinə vaxtından əvvəl xitam verildikdə, investor yığılmış faizləri itirir, istiqrazları satarkən isə investor əlavə gəliri tam həcmdə alır. Üçüncüsü, istiqrazlar üzrə gəlirlər vergidən azaddır.
Hal-hazırda Azərbaycanda ən fəal alınıb-satılan qiymətli kağızlar SOCAR istiqrazlarıdır. Bir istiqrazın nominal qiyməti 1000 dollar, illik gəlirlilik 5% təşkil edir. Bu isə o deməkdir ki, hər istiqraz üzrə gəlir ildə 50 dollar təşkil edir. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, 17 yanvar, 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərində həyata keçirilir. Keçən ilin əvvəlindən həyata keçirilən ödənişlər çərçivəsində istiqraz sahibləri 6,25 milyon dollar gəlir əldə ediblər. SOCAR istiqrazlarının cəlbediciliyini artıran əsas amillərdən biri də yüksək likvidlik və istiqrazların dəyərinin 1000 dollardan aşağı düşməyəcəyinə zəmanətdir. İstiqrazları həmişə toplanmış gəlirləri itirmədən nəğd pula dəyişmək olar.
SOCAR istiqrazlarını almaq istəyənlərə AzFinance şirkətinin peşəkar brokerləri kömək edə bilərlər. Bu istiqrazları almaq istəyən hüquqi və ya fiziki şəxs sadəcə AzFinance-la müqavilə bağlayıb, hesab aça bilər.
Çin müdrikliyində deyildiyi kimi, ağacın əkilməsi üçün ən yaxşı vaxt 20 il əvvəl olub, keçib, lakin bunun üçün növbəti ən uyğun vaxt bu gündür. İnvestisiya yatırmağa da məhz indi başlamaq lazımdır, çünki zaman puldur.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info