Abşeronda tullantıların təkrar emalı poliqonu inşa ediləcək
Tarix: 22.01.2018 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Yaxın illərdə Abşeron rayonunda bərk məişət tullantılarının təkrar emalı mümkün olacaq.
Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya Proqramı çərçivəsində Abşeron sanitar poliqonu üzrə Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi sənədi hazırlanır. Artıq sənəd üzrə ilkin ictimai dinləmələr keçirilib.
Bununla bağlı təşkil olunan tədbirdə Abşeron rayonunun baş memarı Akif Əliyev və İqtisadiyyat Nazirliyi nəzdində fəaliyyət göstərən layihənin idarəetmə qrupunun nümayəndəsi Faiq Sadıqov Milli Strategiya və ölkədə bərk məişət tullantılarının idarə edilməsi haqqında ətraflı məlumat veriblər. Vurğulanıb ki, hazırlanan Milli Strategiya bütün ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi üzrə toplanma, daşınma və zərərsizləşdirmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasına imkan verəcək. Eləcə də, dövlət büdcəsindən sahəyə ayrılan subsidiyaların tədricən azaldılması, göstərilən xidmətlərin müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması istiqamətində aparılan işlərin daha da sürətləndirilməsi mümkün olacaq.
Bildirilib ki, poliqon üç mərhələdə tikiləcək. İlk mərhələ 2022-ci ilin sonunadək başa çatacaq. İkinci mərhələ 2029-cu, sonuncu mərhələ isə 2036-cı ili əhatə edəcək.
Tədbirdə poliqonlar üzrə ətraf mühitin qiymətləndirilməsi sənədinin hazırlanmasının əhəmiyyəti və hazırlanma prosesi barədə ətraflı məlumat verib. Bildirilib ki, Abşeron rayonu ərazisində sanitar poliqonun tikintisi üçün 75 hektar ərazi nəzərdə tutulub. 2050-ci ilə qədər poliqona 7,5 milyon ton tullantının gətiriləcəyi planlaşdırılır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info