Andreas Peşke :“Azərbaycan Almaniyanın Qafqazdakı çox vacib iqtisadi tərəfdaşıdır”
Tarix: 22.01.2018 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Yanvarın 22-də Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke arasında görüş keçirilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, siyasi, iqtisadi və humanitar sahələrdə Almaniya–Azərbaycan münasibətləri ətrafında müzakirələr aparılıb.
Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fuad Muradov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Bildirib ki, bu əlaqələr həm siyasi, həm də iqtisadi sahədə inkişaf edir. Yüksək səviyyəli görüşlər göstərir ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər müxtəlif istiqamətlər üzrə inkişaf edir. Ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət, insan haqları, demokratiya sahələrində yaxşı əməkdaşlıq mövcuddur.
Azərbaycan Milli Məclisi ilə Almaniya Bundestaqı arasında da əlaqələrin yüksək səviyyədə olduğunu deyən deputat bildirib ki, Almaniya hökuməti və xalqı ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Almaniyanın sülhpərvər missiyası, beynəlxalq hüquqa əsaslanmış mövqeyi bizi sevindirir.
Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke bildirib ki, iki ölkə arasında münasibətlər dinamik inkişaf edir. O, bu səfərinin əlaqələrimizin daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Almaniyanın Azərbaycan ilə əməkdaşlığa çox böyük önəm verdiyini deyən qonaq bildirib ki, Azərbaycan Almaniyanın Qafqazdakı çox vacib iqtisadi tərəfdaşıdır. Bundan əlavə, iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etməsi əhəmiyyətlidir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Andreas Peşke qeyd edib ki, Almaniya bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır.
Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti və onun daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Qonağa Azərbaycanda həyata keçirilən islahatlar, ölkəmizin iqtisadi inkişafı haqqında ətraflı məlumat verilib. Tərəflər münasibətlərin yaxşılaşdırılması üçün bu cür görüşlərin və faydalı fikir mübadilələrinin vacibliyini vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info