İraqda növbəti dəfə terror aktları törədilib. “Əl-Cəzirə” kanalının məlumatına görə Baquba şəhərində baş vermiş partlayışda 21 nəfər, Kərkükdə törədilən 3 partlayışda isə 6 nəfər həyatını itirib. Bağdadın şimalında nəzarət məntəqəsinə kamikadze hücumu, həmçinin Səlahəddin rayonunda iki avtomobilin partladılması daha 6 nəfərin ölümü ilə nəticələnib. Silsilə partlayışlarda ümumilikdə 33 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Ölkənin baş naziri Nuri Əl-Maliki baş verən qanlı hadisələrdən sonra asayişi gücləndirmək məqsədilə təhlükəsizlik orqanlarında bəzi vəzifə dəyişikliyi edib. Son hesabata görə, İraqda aprel ayında 700-dən çox, may ayı başlayandan isə 385 nəfər partlayışlarda qətlə yetirilib.
|