“ABŞ-ın Əfqanıstanda, İraqda qalma müddəti məlum oldumu?”
Tarix: 22.01.2018 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Suriyanın Afrin bölgəsindən PKK terror təşkilatının Suriyaqolu PYD/YPG-nin atdığı top mərmisi nəticəsində Türkiyənin Hatay rayonunda elektrik enerji stansiyasında 1 nəfər həyatını itirib.
Bunu bu gün Ankara Sənaye Dərnəyinin mükafat təqdimatı mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti bildirib ki, bu, cavabsız qalmayacaq, terrorçular bunun cavabını ağır şəkildə verəcəklər: “Təbii ki, belə bir mübarizədə şəhidlərimiz, qazilərimiz olacaq. Afrin məsələsi həllini tapacaq, Afrindən geri addım atılmayacaq”.
Afrin əməliyyatı ilə bağlı Rusiya ilə razılaşma əldə edildiyini söyləyən R. T. Ərdoğan Türkiyənin heç bir ölkənin torpağında gözü olmadığını vurğulayıb: “Türkiyə Afrində kürdlərə qarşı deyil, oradakı terror təşkilatlarına qarşı mübarizə aparır. Çox yaxında görüləcək ki, Afrindəki PYD/YPG terror təşkilatı ortadan qaldırıldıqdan sonra bizə ən böyük təşəkkürü oradakı kürd, ərəb və türkmən qardaşlarımız edəcək”.
Türkiyə prezidenti ABŞın Afrin əməliyyatının məhdud və konkret zaman həddində həyata keçirilməsi ilə bağlı tövsiyəsinə də sərt reaksiya verib: “Afrin əməliyyatı “Fərat qalxanı” əməliyyatı kimi məqsədinə çatandan sonra başa çatacaq. Bəziləri deyir ki, Afrin əməliyyatının müddəti məlum olmalıdır. Bunu deyən ABŞ-dır. Mən də soruşuram ki, ABŞ-ın Əfqanıstanda, İraqda qalma müddəti məlum oldumu? Savaş riyazi məsələ deyil. Nə zaman iş bitərsə, zatən bizim orada qalmaq niyyətimiz yoxdur, çəkiləcəyik. Bunun üçün kimlərdənsə icazə almaq fikrimiz yoxdur ”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır
17.04.2019
Riç Outzen: “Türkiyə ilə əlaqələrdə uğursuzluq görmək istəmirik”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info